Gürcüstanın əsas müxalifətyönümlü televiziya kanalı tam bağlanır
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tbilisi, 28 aprel, AZƏRTAC
Gürcüstanın əsas müxalifətyönümlü "Mtavari Arxi" tam bağlanır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı telekanalın əməkdaşları məlumat yayıblar. Onlar artıq direktor Giorgi Qabuniyadan bu gün bildiriş alıblar.
Bildirilib ki, telekanal mayın 1-dən fəaliyyətini tam dayandıracaq.
2019-cu ildən fəaliyyət göstərən telekanal 2025-ci il fevralın 15-dən xəbər buraxılışlarını və canlı yayımda efirə gedən bütün verilişləri dayandırıb, yalnız seriallar nümayiş etdirirdi. Buna media qurumunun üzləşdiyi ciddi maliyyə böhranı səbəb olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Baxış sayı:145
Bu xəbər 28 Aprel 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















