Bu televiziya kanalı bağlanır
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstanda televiziya kanalı bağlanır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, “EL ARNA” və “Xəbər” telekanallarının birləşdirilməsi ilə bağlı strateji qərar qəbul edilib. Bu barədə mədəniyyət və informasiya naziri Aida Balayeva məlumat verib.
Bildirilib ki, bu addım, ilk növbədə, yerli televiziya şirkətlərinin fəaliyyətinin səmərəliliyini artırmaq və Qazaxıstan məzmunlu auditoriyanı genişləndirmək məqsədi daşıyır. "EL ARNA" və "Xəbər" telekanallarının birləşməsi 2025-ci il mayın 1-dək başa çatacaq. "EL ARNA"dan bütün proqramlar "Xəbər" kanalında yayımlanacaq.
Balayevanın sözlərinə görə, “EL ARNA” telekanalı yerli bədii və sənədli filmlərin, teleserialların, o cümlədən mədəni-maarifləndirici verilişlərin yayımı platforması kimi mühüm missiyanı yerinə yetirib. Bu kanal milli kinematoqrafiyanın və televiziyanın inkişafına böyük töhfələr verib.
Nazir telekanalın kollektivinə uzun illər əməyinə, peşəkarlığına, yerli media məkanının inkişafına verdiyi töhfələrə görə təşəkkür edib.
Anar Əliyev
Bu mövzuda digər xəbərlər:Gürcüstanın əsas müxalifətyönümlü televiziya kanalı tam bağlanır
28 Aprel 2025 17:56
Mask televiziya kanalı alır?
26 Noyabr 2024 11:41
Məşhur televiziya kanalı bağlanacaq
13 Noyabr 2025 09:57
“Türk Avaz televiziya kanalı açılsın”
21 Fevral 2025 13:04
Ermənistanın dini televiziya kanalı bağlandı
25 Dekabr 2025 16:13
Baxış sayı:155
Bu xəbər 11 Mart 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















