Icma.az
close
up
RU
Gürcüstanın Qərblə münasibətlərində dərinləşən böhran

Gürcüstanın Qərblə münasibətlərində dərinləşən böhran

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Davos İqtisadi Forumuna dəvət edilməməsi rəsmi Tiflis üçün ciddi siyasi siqnaldır. Bu addım Gürcüstan hökumətinin son illərdə qəbul etdiyi qərarların Qərblə münasibətlərdə yaratdığı dərin etimadsızlığın göstəricisi kimi qiymətləndirilməlidir".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə,
“Gürcü Arzusu” hökuməti rəsmi ritorikasında Avropaya inteqrasiyanı prioritet elan etsə də, vətəndaş cəmiyyəti institutları və media ilə bağlı qəbul edilən məhdudlaşdırıcı qanunlar, Rusiya ilə genişlənən iqtisadi əlaqələr, eləcə də qeyri-şəffaf siyasi təmaslar bu bəyanatlarla ziddiyyət təşkil edir:
"Nəticədə Gürcüstan beynəlxalq müstəvidə tədricən siyasi izolyasiya vəziyyətinə düşür. Gürcüstan hökuməti bu kursu “müstəqil xarici siyasət” kimi təqdim etməyə çalışsa da, ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə yaranmış böhran ölkə üçün müsbət perspektivlər vəd etmir. Xüsusilə Rusiyanın regiondakı maraqlarına uyğun atılan daxili və xarici siyasət addımları Cənubi Qafqazda mənfi geosiyasi tendensiyaların dərinləşməsinə səbəb olur".
Məhəmməd Əsədullazadə qeyd edib ki, hazırda Gürcüstanın ABŞ və Avropa İttifaqı ilə münasibətləri ən aşağı səviyyələrdən birindədir və bu münasibətlərin normallaşdırılması istiqamətində real addımlar gözlənilmir:
"Rəsmi Tiflis Zəngəzur dəhlizinin açılmasını da narahatlıqla qarşılayır ki, bu da Gürcüstanın regiondakı yeni nəqliyyat və enerji konfiqurasiyalarında öz rolunu itirmək qorxusundan qaynaqlanır.
Artıq Gürcüstan Qərb üçün əvvəlki strateji və siyasi cəlbediciliyini itirib. ABŞ və Avropa İttifaqı regionda əməkdaşlıq baxımından Ermənistan və Azərbaycanla münasibətlərə daha çox üstünlük verməyə başlayıb. Bu isə Gürcüstanın regional proseslərdən kənarda qalması riskini artırır.
Gürcüstan hökumətinin hazırkı siyasəti növbəti mərhələdə birbaşa öz əleyhinə işləyə bilər. Avropa İttifaqının Gürcüstana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməsi ehtimalı istisna edilmir. Bu ssenari baş verərsə, Gürcüstanın həm daxili sabitliyi, həm də beynəlxalq mövqeləri ciddi zərbə ala bilər".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Yanvar 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see351

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see295

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see279

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see273

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see270

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see264

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see259

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see253

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see236

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see230

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see220

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see216

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see215

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see213

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see210

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see208

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see203

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see201

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see200

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri