Kobaxidze: Ukraynada müharibə bitəndən sonra Gürcüstanın Qərblə münasibətlərinin bərpasına şərait yaranacaq
Icma.az, Apa.az saytına istinadən bildirir.
Bizə həm Avropa İttifaqı (Aİ), həm də ABŞ ilə münasibətlərin keyfiyyətcə yenidən qurulması lazımdır.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Bakıda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açqılamasında deyib. Hökumət başçısının sözlərinə görə, Ukraynada müharibə çox tezliklə başa çatacaq və həm Aİ, həm də ABŞ ilə münasibətlərin bərpası üçün hər cür şərait yaranacaq.
"Həm Aİ, həm də ABŞ ilə münasibətlərin keyfiyyətcə yenidən qurulmasına ehtiyacımız var. Biz münasibətlərin bərpasını üç məsələ ilə əlaqələndirirdik - bunlardan birincisi, Gürcüstandakı seçkilər, İkincisi ABŞ-da seçkilər, üçüncüsü isə Ukraynada müharibənin başa çatması idi. Artıq iki seçki başa çatıb və bütün bunlar münasibətlərin bərpasına kömək edəcək. Üçüncü mövzuya, Ukraynada müharibənin bitməsinə gəlincə, biz düşünürük ki, müharibə çox tezliklə bitəcək. Ona görə də çox tezliklə hər iki istiqamətdə münasibətlərin keyfiyyətcə yaxşılaşdırılması üçün bütün şərait yaradılacaq",- Kobaxidze deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 11 Noyabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















