Gürcüstanın XİN başçısı: İndi Azərbaycanla əməkdaşlıq potensialı daha çoxdur
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müstəqillik əldə edildikdən sonra, Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq daha çox regional layihələrin həyata keçirilməsinə yönəlib. Bu günsə potensial daha çoxdur, regionda daha çox imkanlar mövcuddur.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
“İki ölkə arasında koordinasiyalı fəaliyyətin və əməkdaşlığın gündəlik təmin edilməsi daha vacibdir ki, bugünkü geopolitik şəraitdən və regionumuzun coğrafi üstünlüklərindən düzgün istifadə olunsun”, - Maka Boçorişvili vurğulayıb.
O, qeyd edib ki, iki ölkə Orta Dəhlizin inkişafında mühüm rol oynaya bilər. Bunun üçün mövcud tərəfdaşlığın daha da gücləndirilməsi vacibdir. İllər ərzində, iki ölkə arasında formalaşan dostluq əlaqələri yalnız bu prosesə dəstək verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 19 Yanvar 2025 01:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















