Gürcüstanın Baş prokuroru: Azərbaycanla aramızda yaxşı əməkdaşlıq var
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Bizim Azərbaycanla çox yaxın münasibətlərimiz var. Azərbaycanla Gürcüstan arasında yaxşı əməkdaşlıq mövcuddur”.
APA xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycana səfərə gələn Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze deyib.
Giorgi Qvarakidze bildirib ki, iki ölkə arasında dostluq münaisbətləri hüquq sahəsində əməkdaşlığa öz töhfəsini verir:
“Mənim dostum, çox hörmət etdiyim Baş prokuror Kamran Əliyevin dəvəti ilə Gürcüstan nümayəndə heyəti bu gün Azərbaycana səfərə gəlib. Biz Azərbaycan Baş Prokurorluğunda olduq, rəsmi səfər çərçivəsində görüşlərimiz oldu, fikir mübadiləsi apardıq. Ümid edirəm ki, bu, bizim iki ölkənin hüquq-mühafizə orqanları arasında sıx əməkdaşlığa öz tövfəsini verəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 29 İyul 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















