Gürcüstanın XİN başçısı: Azərbaycanla münasibətlər bizim üçün çox önəmlidir
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Gürcüstan üçün ilk növbədə qonşu ölkələrlə – Azərbaycan, Ermənistan, Türkiyə ilə, sonra isə daha geniş regionda münasibətlər çox önəmlidir”.
Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın Xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalının efirində yayımlanan “Günün xronikası” proqramında deyib.
XİN başçısının sözlərinə görə, Gürcüstan Orta Dəhlizdə mövqelərini möhkəmləndirməyi hədəfləyib.
M.Boçorişvili söyləyib: “Qərb və Şərq tərəfdaşlarımızla dialoq zəruridir və bu əməkdaşlıq Orta Dəhlizin fəaliyyətinə və ondan optimal istifadəyə yönəlməlidir. Bu məqsəldə hökumətin nümayəndə heyəti qonşu ölkələrdə səfərdə olub”.
Nazir qeyd edib ki, Mərkəzi Asiya ölkələrinə də səfərlər planlaşdırılıb, belə ki, onlarla əlaqələri gücləndirmədən Gürcüstan üçün Orta Dəhlizdəki funksiyasını yerinə yetirmək çox çətin olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 08 Fevral 2025 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















