Icma.az
close
up
RU
Gürcüstnda ictimai siyasi sabitliyin pozulması bölgə üçün də arzuolunmazdır

Gürcüstnda ictimai siyasi sabitliyin pozulması bölgə üçün də arzuolunmazdır

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Xəbər verildiyi kimi, Gürcüstanın paytaxtı Tiflisdə hakim partiya “Gürcü Arzusu”nun tərəfdarları ilə müxalifətçilər arasında gərginlik yaşanıb. Şəhərin mərkəzində keçirilən aksiyada tərəflər arasında sözlü atışma daha sonra fiziki toqquşmaya çevrilib. Hadisə yerinə polis qüvvələri cəlb olunub. Hüquq-mühafizə orqanları qarşıdurmanın böyüməsinin qarşısını almağa çalışır.
Məlumata görə, insdentlə bağlı artıq araşdırmalara başlanılıb. Baş verənlərlə bağlı fikirlərini Newscenter.az-a bölüşən siyasi şərhçi Əli Orucov deyib ki, Gürcüstanda son parlament seçkilərindən sonra cəmiyyətdə gərginlik qalmaqdadır:
"Müxalifət indiki hakimiyyətin legitimliyini tanımır və parlamentdə iştirakdan imtina edib. Beynəlxalq ictimaiyyət də müxalifətin mövqeyini dəstəkləyir. Qərb “Gürcü Arzusu” partiyasının iqtidarını izolyasiya edib. Hakimiyyətin özü də kompromisə getməyə və barışa, narazılıqları yaradan səbəbləri müzakirə etməyə hazır deyil. Bu isə istər-istəməz qarşıdurma risqlərini hələ də saxlayırdı. Kiçik bir qığılcım kifayət edər ki, bu böyük toqquşmalara və şiddətə səbəb olsun. Tiflis küçələrində hakim partiya ilə müxalifət arasında baş verən son qarşıdurma və zorakılıqlar acınacaqlı və təhlükəli mənzərədir. Tərəflərin əlbəyaxa olmaları, şiddətə meyllənmələri həm də siyasi qüvvələr arasında nifrətin və qəzəbin doğurduğu hisslərdir. Gürcüstnda ictimai-siyasi sabitliyin pozulması və böhranlı vəziyyət bölgə üçün də arzuolunmazdır. Cənubi Qafqaz elə bir regiondur ki, dövlətin birində baş verən hadisələrin əks sədası digərlərində də eşidilir”.
Ə.Orucov daha sonra bildirib:
“Gürcü xalqı müdrik xalqdır və zənn etmirəm ki, bu gün Tiflisdə baş verən iqtidar-müxalifət tərəfdarları arasında toqquşmalar və yaşanan gərginliklər davam edəcək, daha geniş arealı əhatələyəcək. İndiki həssas dönəmdə, xüsusən də Moskvanın regionda fəallaşması fonunda belə hadisələr nəzarət oluna bilməyən xaosa və qeyri-stabilliyə gətirib çıxarardı”.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Sentyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see262

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see217

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see163

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see152

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see145

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see144

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri