Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Güvəndik kəndinə güvənc gətirən igid

Güvəndik kəndinə güvənc gətirən igid

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Samiq Misir oğlu Fərzalıyev 8 iyul 1992-ci ildə Tovuz rayonunun Güvəndik kəndində anadan olub. Azərbaycan Dövlət Aqrar Universitetini bitirib. Sonra Müdafiə Nazirliyinin Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Xidmət zamanı hərbçi peşəsinin çətinliklərini, daim ayıq-sayıq olmağın hərbçilər üçün həm vəzifə, həm də vicdan borcu olduğunu görüb və bu peşəni sevib.

Hərbi xidmətini ləyaqətlə tamamlayan, çətinlikləri dəf etməkdən çəkinməyən Samiq evə qayıtdıqdan sonra ailəsinə ixtisasına uyğun işdə çalışmaq istəmədiyini bildirib və hərbçi olmaq arzusunu dilə gətirib. Bundan sonra o, 2016-cı ildə Müdafiə Nazirliyinə könüllü müraciət edərək ordu sıralarında xidmət göstərmək arzusunu bildirib. O, həqiqi hərbi xidmət keçdiyi N saylı hərbi hissədən verilən xasiyyətnamə-arayışla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursa göndərilib. Kursu uğurla bitirən Samiq leytenant hərbi rütbəsi alaraq “N” saylı hərbi hissədə xidmətə başlayıb. Hərbçi peşəsinə ürəkdən bağlanan Samiq 4 il xidmət zamanı verilən bütün tapşırıqların öhdəsindən gələrək, rəhbərliyin etimadını doğruldub.

Tarixə düşən 2020-ci ildə Samiqə baş leytenant rütbəsi verilib. Gənc hərbçinin ən böyük arzusu torpaqların azad edilməsi uğrunda mücadiləyə qoşulmaq olub. Qonşu Ermənistan tərəfindən ara-sıra doğma rayonunun atəşə tutulması onda ermənilərə qarşı uşaqlıqdan yaranan nifrəti birə-beş artırıb. O inanıb ki, işğal altında olan torpaqlarımız sülh yolu ilə olmasa da, gec-tez döyüşlə geri alınacaq. Və o günü səbirsizliklə gözləyib.

Nəhayət, o gün yetişib. Baş leytenant Samiq Fərzalıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşları onu xatırlayaraq danışırdılar ki, Samiq tabeliyində olan hər bir əsgərə qardaş kimi qayğı göstərib, onları öz doğması bilib. Oktyabrın 7-də Füzulidə gedən ağır döyüşlər zamanı 2 əsgərinin atəşə tuş gəldiyini və yerə yıxıldığını görüb. Deyib ki, “uşaqları orada qoymaq olmaz, bəlkə yaralanıblar, atəşin səngiməsini gözləyə bilmərəm”. Ona nə qədər “Dayan” desələr də yalnız torpağa sərilən əsgərlərini düşünüb və onları təxliyə etmək məqsədilə irəli atılıb. Aramsız atəş altında sürünərək onların yanına çatıb və hər iki əsgərinin şəhid olduğunu görüb. Hərəsini bir çiyninə alaraq atəş bölgəsindən çıxarmaq üçün geri dönüb. Bir qədər həmin vəziyyətdə süründükdən sonra, nəşləri döyüş bölgəsindən çıxarmağa az qalmış mənfur düşmənin snayper atəşinə tuş gələrək özü də şəhid olub. Onu doğulduğu torpaqda, Güvəndik kəndində dəfn ediblər.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Samiq Misir oğlu Fərzalıyev ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.

Samiqin 1 bacısı və 1 qardaşı var. Kənd camaatının dediyinə görə, Samiq çox vətənpərvər, qorxmaz, eyni zamanda, həddindən çox mehriban olub. Kimi görsə ondan ətraflı hal-əhval tutub, uşaqlarını soruşub. Bir köməyə ehtiyacı olub-olmadığı ilə maraqlanıb. Gənc olmasına baxmayaraq, xeyirə-şərə yarayan olub. Bacısı – Sürməli qardaşının yoxluğuna inanmasa da, kənd qəbiristanlığını şərəfləndirən Samiqlə həm də fəxr edir. Qardaşı Samir isə “Zəng edəndə dedi ki, evdəkilərə demə, sabah Füzuliyə giririk. Bizi ağır döyüş gözləyir. Nəyin bahasına olursa-olsun, torpaqları ala-ala irəliləməliyik.” – sözlərini heç unutmur. “Belə qardaşım olduğuna görə özümü şanslı sayıram. O mənim üçün həmişə sağdır. Hara gedirəm, nə iş görürəmsə, xəyalən onunla söhbət edib məsləhət alıram”– deyir.

Samiqin valideynləri – Misir və Mətanət Fərzalıyevlər isə övladlarının yoxluğuna nə qədər üzülsələr də, onun Vətənin azadlığı uğrunda şəhidlik məqamına yüksəldiyinə görə təskinlik tapırlar. Atası: “Ayın 1-də döyüşə giriblər. Yoldaşları danışır ki, güclü döyüşdən sonra ertəsi gün komandirə dedilər ki, sən qal, bu dəfə əsgərlərlə digər zabit getsin. Razı olmayıb ki, mən əsgərlərimi kimsəyə etibar etmərəm, özüm onlarla olmalıyam”. Anası: “Hər dəfə zəng edəndə özünüzdən muğayat olun, deyirdi. Deyirdim, ay bala, biz rahat ev-eşiyimizdəyik, sən özündən muğayat ol, özünü qoru”.

Samiq ailəli idi. Həyat yoldaşı Aytac Əliyeva deyir: “Samiq müharibəyə gedəndə içimdə nəyinsə qırıldığını hiss etdim. Nə biləydim ki, o qırılan Samiqin yarım qalan ömrü, mənim isə alın yazım olacaq. Hər gün narahat idim. Müharibənin tez bir zamanda bitməsi, onun sağ-salamat qayıtması üçün Allaha gecə-gündüz yalvarır, dualar edirdim. İndi onun qızı Samiqəni böyütmək, atasına layiq övlad olması üçün çalışacam. Samiq qızını həkim görmək istəyirdi. O, ölümü ilə təkcə ailəsinə yox, bütün kəndə, sevdiklərinə başucalığı gətirdi. Lazım gələndə Vətən üçün candan keçməyin vaciblik örnəyi oldu. Onun adını yaşadan qızım mənim yaşama səbəbimdir. Samiqin xatirəsini əbədiləşdirmək üçün salınıb istifadəyə verilən bulaq kompleksindən su içənlər də onu daim xatırlayır, ruhuna dualar oxuyurlar”.

Şəhid zabitin yaxın qohumu Malik Nəsirov Samiqin hələ uş aq yaş larından ö z vətənpərvərliyi ilə seç ildiyindən danışır: “Məktəb tədbirlərində Vətən mö vzulu ş eirlər oxuyanda hərbi formaya uyğ un geyimlərlə ç ıxış edərdi. İstəyi hərbç i olmaq idi, oldu. Zabit paltarı geyməyi arzulayırdı, o da oldu. Ordu sıralarına bir zabit kimi qosulandan sonra Qarabağ torpaqlarımızı düş məndən azad etmək və Azərbaycanın ş anlı bayrağ ını Şuş ada qaldırmaq həyatının ən bö yü k arzusu idi. Hərbç i olmaq, Qarabağ ın azadlığ ı uğ runda dö yüş mək arzusu ç in olsa da, Şuş anın azad olunmasını gö rmək Samiqə qismət olmadı. Ancaq onun zabit yoldaş ları, igid əsgərlərimiz Samiqin, digər ş əhidlərimizin arzusunu həyata keç irməklə, onların ruhunu ş ad etdi! Tanrı ş əhidlərimizə rəhmət, qazilərimizə ş əfa, ordumuza gü c, qü vvət versin”!

Zərifə BƏŞİRQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 02:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri