Icma.az
close
up
RU
Qəhrəman polislərimiz bizim güvənc yerimizdir

Qəhrəman polislərimiz bizim güvənc yerimizdir

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bu gün ölkəmizdə Polis Günü qeyd olunur. Şərəfli yol keçmiş Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir. Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul - Azərbaycan Polisi Günü elan edilib. Cümhuriyyət dönəmində müasir dövlətçiliyimizin formalaşmasında, milli maraqlarımızın qorunmasında mühüm rol oynayan polis orqanları ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın təcavüzkar siyasətinə qarşı mübarizədə və müstəqilliyimizin müdafiəsində də xüsusi fəallıq göstərib.
Dövlətin və xalqın gücü sözsüz ki, ilk növbədə onun ordusunun və polisinin, eləcə də xüsusi xidmət orqanlarının peşəkar fəaliyyətində təzahür edir. Bu mənada, 1988-1989-cu illərdən başlayan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə ilk cavab verən keçmiş milis (indiki polis) qüvvələri və Daxili Qoşun hissələri ərazi bütövlüyümüzün qorunması uğrunda əsl fədakarlıq göstəriblər. Belə ki, Birinci Qarabağ müharibəsində erməni işğalçıları ilə döyüşlər zamanı 1700-ə yaxın polis əməkdaşı şəhidlik zirvəsinə ucalıb, 1710 nəfəri isə yaralanıb. Göstərdikləri igidliyə görə 67 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 1143 nəfər isə müxtəlif orden və medallarla təltif olunub.
Həmçinin, 44 günlük Vətən müharibəsində və lokal antiterror əməliyyatı dönəmində də Daxili İşlər Nazirliyinin (DİN) müvafiq strukturları Qarabağ və Şərqi Zəngəzurda ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasında mühüm rol oynayıb. İkinci Qarabağ müharibəsində çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənin yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıb. Həmin döyüşlər zamanı Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfəri isə yaralanıb. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfəri müxtəlif orden və medallarla təltif olunub, 4 nəfəri isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
2023-cü il sentyabrın 19-da Xankəndi şəhəri ətrafında öz vəzifə borcunu yerinə yetirərkən polislərimizin ermənilərin basdırdıqları minaya düşərək həlak olması antiterror əməliyyatının başlanmasında əsas rol oynadı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz cəmi 23 saata Qarabağın bütün ərazisini mənfur erməni separatçılarından təmizlədi, suverenliyimizi bərpa etdi. Antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız arasında DİN-in 20 əməkdaşı da vardı.
44 günlük müharibəsindən və antiterror əməliyyatından sonrakı dönəmdə Qarabağ və Şərqi Zəngəzurda yaradılan müvəqqəti komendantlıqların fəaliyyətinin təşkil edilməsində də Azərbaycan polisi mühüm rol oynayıb. Bu gün həmin ərazilərin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsində, təhlükəsizliyin təmin olunmasında polislərimiz xüsusi fədakarlıq göstərirlər. Eləcə də hazırda Böyük Qayıdış prosesinin təhlükəsiz icrası və azad edilmiş ərazilərimizdə təhlükəsizliyin etibarlı təmin edilməsi sahəsində Qarabağ və Şərqi Zəngəzurda polislərimizin fasiləsiz xidmət həyata keçirdiklərini qeyd etməliyik.
Mən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin xətti ilə işğaldan azad olunan ərazilərə səfərlərimiz əsnasında ərazidə xidmət edən polislərimizin yüksək peşəkarlıq, qətiyyət və fədakarlıq nümayiş etdirdiklərini dəfələrlə müşahidə etmişəm. Bu gün Prezident İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində və Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərliyi ilə Azərbaycan polisi MDB məkanında ən peşəkar və güclü hüquq-mühafizə orqanlarından biri kimi tanınır.
Biz Azərbaycan polislərinin Rusiya polislərindən, "OMON"-çularından yaxşı mənada fərqini bugünlərdə keçirilən əməliyyatlar zamanı da gördük. Yekaterinburqda və Voronejdə azərbaycanlılara qarşı barbarlığa yol verən Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarından fərqli olaraq, bizim polislərimiz istər “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı, istərsə də Rusiya-İran istiqamətində narkotik qaçaqmalçılığı ilə məşğul olan Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstənin üzvləri saxlanılarkən əsl peşəkarlıq və sivil davranış nümayiş etdirdilər.
Qəhrəman polislərimiz bizim güvənc yerimizdir. Mən ölkəmizdə sabitliyin və ictimai asayişin qorunması istiqamətində, cinayətkarlığa qarşı mübarizə sahəsində yorulmadan xidmət göstərən polis orqanlarının bütün şəxsi heyətini 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə ürəkdən təbrik edir və bu peşə bayramı günündə hər bir polis əməkdaşına çətin və şərəfli xidmətində uğurlar arzulayıram.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:288
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 İyul 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri