Güzəşt ləğv olundu Çin maşınlarına maraq azalacaq?
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
Bu gündən hibrid və elektrik avtomobillərinə güzəşt bitir. Güzəştlərin ləğvinin ən çox Çin istehsalı olan avtomobillərin alışına təsir edəcəyi iddia olunur.
Bəs yeni vəziyyət Çin avtomobillərinə olan tələbi zəiflədəcəkmi?
Hurriyyet.Az bildirir ki, Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, hibrid və elektrik avtomobillərə tətbiq olunan güzəştlərin müddəti artıq başa çatıb:
“Bu güzəştlər 2022-ci ildə dövlət proqramı çərçivəsində müəyyənləşdirilmiş və 2023, 2024 və 2025-ci illəri əhatə etmişdi. Sözügedən qərar ümumilikdə kifayət qədər praqmatik addım idi. Real mənzərəyə baxdıqda, bu müddət ərzində vətəndaşların həm şəxsi avtomobil sahibliyi, həm də avtomobil biznesi ilə bağlı maraqları müəyyən dərəcədə stimullaşdırıldı. Xüsusilə elektromobillərə olan maraq artdı və vergi, gömrük kimi sahələrdə tətbiq olunan güzəştlər artıq özünə yetərli bir baza formalaşdırdı. Əhali arasında bu tip nəqliyyat vasitələrinə marağın artmasında məhz həmin təşviq mexanizmləri mühüm rol oynadı”.
Ekspert əlavə edib ki, bununla yanaşı, xüsusən Çindən gətirilən elektromobillərlə bağlı anti-reklamlar da daim mövcud olub: “Media və müxtəlif mətbuat orqanlarında bu tip avtomobillərlə bağlı tez-tez mənfi yanaşmalar müşahidə edilirdi ki, bu da cəmiyyətdə müəyyən narahatlıqlar yaradırdı. Bəzi modellərin gözləntiləri tam doğrultmaması, texniki və istismar məsələləri ilə bağlı yaranan suallar Çin istehsalı olan avtomobillərə marağı müəyyən qədər ikinci plana keçirdi. Lakin bu, Çin avtomobil sənayesinin bütövlükdə zəif olduğu anlamına gəlmir. Əksinə, Çin istehsalçıları arasında kifayət qədər yüksək kateqoriyaya aid, keyfiyyətli və rəqabətqabiliyyətli avtomobillər də mövcuddur. Bu avtomobillərin öz bazarı, öz müştəri seqmenti var və onlar müəyyən auditoriya üçün cəlbedici olaraq qalır.
Nəqliyyat vasitələrinə olan təklif və tələbi təhlil etdikdə görürük ki, bazarda maraqlar müxtəlifdir və bu müxtəliflik avtomobil sektorunun gələcək inkişaf trayektoriyasını formalaşdıran əsas amillərdən biridir”.
Məsələ ilə bağlı nəqliyyat eksperti Raqif Raufoğlu qeyd edib ki, güzəştlərin ləğvi sadəcə Çin avtomobillərinin idxalına təsir etməyəcək:
“Güzəştlərin ləğvi fonunda artıq ötən il kifayət qədər artıqlaması ilə maşın gətirib sahibkarlar. Bu il o maşınların satışını reallaşdırmaq ancaq mümkün olacaq. Lakin həmin avtomobillərin qiyməti yüksələcək. Məsələn, əvvəl 23 minə olan bir Çin maşını artıq 27-28 min manata satılacaq. Bahalaşmadan sonra Çin maşınını olan tələbi sonrakı aylarda görmək mümkün olacaq.
İstənilən halda hesab edirəm ki, Çindən avtomobil idxalı üçün sifarişlər azalacaq. Buna baxmayaraq daxili bazarda yeni hibrid avtomobillərə yüksək tələb qalacaq. Çünki yanacaq bahalaşıb və istifadəçi daha az yanacaq sərfiyyatı olan maşınılara üstünlük verəcək. İnsanlar çalışacaqlar ki, elə maşın alsınlar ki, mümkün qədər az sərfiyyat olsun. Bunun üçün də artıq yapon və Koreya avtomobilləri də var. Yəni, bir az demək olar ki, bazarın balansı düzələcək”.
Fidan Hacızadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 06 Yanvar 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















