Icma.az
close
up
RU
Güzəşt ləğv olunur

Güzəşt ləğv olunur

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən 2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan çox olduqda: 6 manat + 10 faiz DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 faiz işsizlikdən sığorta haqqı, 2 faiz isə icbari tibbi sığorta haqqı ödəyir.

Özəl sektorda çalışanların gəlirləri azalacaq

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunması insanların gəlirlərinin azalmasına səbəb olacaq: “Beləliklə, bu vergini muzdlu gəlir əldə edən şəxslər ödəyəcək, yəni əmək müqaviləsi ilə çalışan insanlar. Bu isə onların real gəlirlərinin azalmasına səbəb olacaq. Məsələn, 3.000 manat əmək haqqı alan şəxsin maaşı 475 manat azaldılacaq. Orta aylıq əmək haqqı təxminən 1.100 manat olan ölkədə isə, 200 manat çıxıldıqdan sonra qalan hissəyə görə 136 manat vergi tutulacaq. Bundan əlavə, sosial sığorta, icbari tibbi sığorta, işsizlik fonduna və həmkarlar ittifaqlarına ödənişlər də maaşdan tutulacaq. Nəticədə, vətəndaşın real gəliri əhəmiyyətli dərəcədə azalacaq. Bu isə özəl sektorda çalışan insanlar üçün ciddi risklər yaradır. Qısa müddətdə bu vəziyyət əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə və yoxsulluğun artmasına səbəb olacaq. Orta və uzunmüddətli dövrdə isə əmək bazarında əməkhaqqının artımı tələbi yaranacaq. Nəticədə bu yükün bir hissəsi sahibkarların üzərinə ötürüləcək. Çünki əmək bazarında işçilər artıq daha yüksək maaş tələb edəcəklər. Hər iki halda neqativ nəticələr qaçılmazdır. Birinci halda, işçilərin alıcılıq gücü azalır, əmək ucuzlaşır və yoxsullaşma artır. İkinci halda isə sahibkarların xərcləri yüksəlir, mənfəət norması azalır. Bu, bəzi hallarda müəssisələrin zərərlə işləməsinə, hətta bağlanmasına gətirib çıxara bilər. Sahibkar bazarda alternativi olmayan məhsul istehsal edirsə, xərcləri məhsulun satış qiymətinə yansıdacaq və qiymətlər bahalaşacaq. Əks halda, yəni xərcləri qiymətə əlavə edə bilməyən sahibkarlar rəqabət şəraitində çətinlik çəkəcək, fəaliyyətlərini dayandıra, defoltla üzləşə və ya investisiya imkanlarını itirə bilərlər. Bu da texnologiya tətbiqini və inkişafı məhdudlaşdıracaq. Dolayısı ilə, qeyri-formal əmək bazarının genişlənməsi üçün əlverişli şərait yaranacaq. Nəticə etibarilə, 7 il əvvəl verilən güzəştlər indi daha sərt şərtlərlə muzdlu işçilərin üzərinə qayıdır. Həmin dövrdə vergi yükü azaldılmış, amma Dövlət Sosial Sığorta Fondu üçün məcburi tutulmalar artırılmışdı. 2026-cı ildən isə həm vergi, həm də sosial sığorta ayırmaları 2018-ci illə müqayisədə xeyli yüksək olacaq. Bu da qeyri-rəsmi sövdələşmələrin genişlənməsinə, əmək bazarında leqallaşma təşəbbüslərinin zəifləməsinə səbəb ola bilər”.

Güzəştin bitməsi ilə sistem dəyişəcək

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, gələn ilin yanvarından etibarən güzəşt müddətinin başa çatdığını nəzərə alsaq, yeni dərəcələr özəl sektorda çalışan və əmək müqaviləsi olan bütün vətəndaşlara şamil ediləcək. Bu isə o deməkdir ki, özəl sektorda çalışan bütün vətəndaşlar yeni dərəcələr üzrə vergiyə cəlb olunacaqlar: “Məlumat üçün bildirim ki, hazırda vətəndaşların əməkhaqlarından ayırmaları edilir ki, 2 faiz icbari tibbi sığorta, 0.5 faiz işsizlik sığortası, 10 faiz isə pensiya fonduna. Bu vəsait vətəndaşın şəxsi pensiya kapitalına yönəldilir. Lakin güzəştin bitməsi ilə bu sistem dəyişəcək. Yeni qaydalara əsasən, vətəndaşlar artıq gəlir vergisi ödəyəcək. Beləliklə, yeni qaydalara əsasən, dövlət və neft sektorunda çalışan şəxslərlə bərabər, özəl sektorda çalışanların da vergi yükü eyni olacaq”.

Həm vətəndaşların, həm də şirkətlərin üzərinə düşən vergi yükü artacaq

İqtisadçının sözlərinə əsasən, 7 illik bu güzəşt dövründə həm vətəndaşların, həm də şirkətlərin vergi yükü xeyli, təxminən 7 faiz azalmışdı. Bu vətəndaşlarla yanaşı şirkətlər üçün böyük güzəşt idi. İndi isə güzəşt ləğv olunduğu üçün bu yük geri qayıdacaq: “2019-cu ilin yanvar ayından tətbiq edilən bu güzəştin əsas məqsədi cəmiyyətdə işəgötürənlərin və işçilərin əməkhaqlarının rəsmiləşdirilməsinə səbəb olmuşdu. Güzəştin tətbiqi vergilərin ödənilməsinə marağın artırılmasına gətirib çıxarmışdı: “Güzəşt yalnız özəl sektor - qeyri-dövlət və qeyri-neft sektoru üçün nəzərdə tutulmuşdu. Beləliklə, neft sektoruna aid olmayan bütün özəl şirkətlər bu güzəştdən yararlanmış oldular. Güzəştin ləğvi ilə həm şirkətlərin, həm də vətəndaşların üzərinə düşən vergi yükü əvvəlki səviyyəyə qayıdacaq və ya artacaq. Əvəllər pensiya fonduna ödənilən 10 faizlik pay vətəndaşın şəxsi pensiya kapitalının artırılmasına xidmət edirdi. İndi isə məbləğin 3 faizə enməsi şəxsi pensiya yığımlarının da azalmasına səbəb olacaq. Nəticə etibarilə, həm vətəndaşların, həm də şirkətlərin üzərinə düşən vergi yükü artacaq. Təbii ki, bu da öz növbəsində, əmək bazarında müəyyən dəyişikliklərə səbəb ola bilər”.

Əks prosesin şahidi ola bilərik

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, 7 ildir tətbiq olunan güzəştin ləğvi, gəlir vergisinin yenidən tətbiqi qeyri-rəsmi əmək bazarının genişlənməsinə, əmək müqaviləsiz çalışanların sayının artmasına gətirib çıxaracaq. Bu isə sosial təminat sistemindən kənarda qalan işçilərin sayını artıracaq. Ən başlıcası, uzunmüddətli perspektivdə iqtisadi sabitliyə mənfi təsir göstərəcək: “Vergi güzəştinin tətbiq edildiyi dövrlərdə müqavilələrin ağardılmasına və leqal əmək münasibətlərinin artmasına nail olunmuşdu. İndi isə əks prosesin şahidi ola bilərik. Bu, gözləniləndir”.

Bu, o qədər də doğru yanaşma deyil

Ekspert bildirib ki, vergi dərəcələrinin tətbiqinin çox qısa zamanda hər il artan sürətlə olması özəl sektora ağır yük gətirəcək. Özəl sektorların ya maaşları azaltmaqla vergi yükünü azaltmağa çalışacaqlar, ya da ki, işçilərin sayını azaldacaqlar: “Ölkənin gəlirləri azalır. Neft gəlirləri azaldıqca, vergilər, rüsumlar və cərimələr artır. Çox təəssüf ki, Azərbaycandakı indiki iqtisadi sistem vaxtilə neftdən asılılığı azalda bilmədi. Bu səbəbdən də neftdən azalmalar problemə çevrildi. Nəticə etibarı ilə də indi, faktiki olaraq vergilərin və rüsumların hesabına neftin azalan gəlirlərini kompensasiya etməyi düşünülür. Fikrimcə, bu, o qədər də doğru yanaşma deyil”.

Orta təbəqə üçün real alıcılıq qabiliyyəti azalır

İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, özəl sektorda çalışan şəxslərin gəlir vergisinə cəlb olunması büdcə gəlirlərinin artırılmasını və vergi ədalətinin təmin olunmasını əsas məqsəd kimi göstərilir. Amma yaddan çıxarmaq lazım deyil ki, inflyasiyanın yüksək olduğu bir dövrdə 7 ildir tətbiq olunan bir güzəştin ləğvi sosial gərginlik yarada bilər. Məlum olduğu kimi, gələn ilin yanvar ayının 1-dən etibarən 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500-8000 manat arası gəlirdən 75 manat + 10 faiz, 8000 manatdan yuxarı gəlirdən isə 625 manat gəlir vergisi tutulacaq. Yeni qaydalara görə, maaşlar nominal olaraq artacaq. Amma inflyasiya fonunda real gəlir azalırsa, vergi yükü daha çox hiss olunur. 2025-ci ilin rəsmi inflyasiyası 6-8 faiz civarındadır. Lakin ərzaq və nəqliyyat qiymətləri üzrə faktiki artım 10 faizdən yuxarıdır. Bu isə o deməkdir ki, orta təbəqə üçün real alıcılıq qabiliyyəti azalır. Gələn ildən proqressiv vergi prinsipi tətbiq ediləcək. Yəni gəlir artdıqca vergi də artacaq. Bu da müəyyən narazılıqlar yaradacaq. Hesab edirəm ki, iqtisadi sabitlik olmadığı üçün bu sistem bərabərsizlik hissini gücləndirə bilər”.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Oktyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see363

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see275

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see272

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see264

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see262

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see214

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see196

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see194

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see181

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see176

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see165

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see164

Suriyada qaz boru kəmərində partlayış Təchizat dayandırıldı

19 Avqust 2026 06:56see162

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see160

Dövlətlə əmlak mübadiləsi mümkün olacaq DETALLAR

19 Avqust 2026 07:02see157

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see154

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see153

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see153

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see152

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri