Haber Global da Yekaterinburqda azərbaycanlılara qarşı vəhşiliklərlə bağlı müzakirələr təşkil edilib VİDEO
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin "Haber Global" telekanalı Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı eksperlərin iştirakı ilə müzakirələr təşkil edilib.
"Ölkə.az" xəbər verir ki, verilişin qonaqları qismində iştirak edən universitet-müəllim heyəti və siyasi ekspertlər azərbaycanlılara qarşı törədilən vəhşiliklər, o cümlədən işgəncələr, qətllər, diaspor nümayəndələrinə qarşı təzyiq və təqiblər qəti şəkildə pisləyiblər.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Kremlin siyasətinin nəticəsi olan bu hadisələrin hüquqi zəmin olmadan baş verdiyini deyib. Onun sözlərinə görə, baş verənlər təsadüfi sayıla bilməz.
"Putinin (Rusiya Prezidenti Vladimir Putin-red.) xəbəri olmadan hər hansı təhlükəsizlik təşkilatının bunu gerçəkləşdirməsi mümkün deyil. İrandan təxliyə olunan Rusiya vətəndaşlarına Azərbaycan tərəfindən göstərilən dəstək üçün təşəkkürdən az sonra bu hadisələrin yaşanması təəccüb doğurur", - ekspert vurğulayıb.
Ətraflı videosüjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 29 İyun 2025 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















