Icma.az
close
up
RU
“Haber Global”: Rusiya azərbaycanlılara qarşı zorakılıqlara yalanlarla don geyindirməyə çalışır

“Haber Global”: Rusiya azərbaycanlılara qarşı zorakılıqlara yalanlarla don geyindirməyə çalışır

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Rusiya Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıqlara yalan açıqlamalarla don geyindirməyə çalışır.

BAKU.WS xəbər verir ki, bu fikir Türkiyənin "Haber Global" telekanalının efirində Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın etməsi və zorakılıqları ilə bağlı müzakirələrdə yer alıb.

"Rusiyanın qəzəb doğuracaq əməliyyatı. Azərbaycanlı ailə niyə hədəfə alındı?" adlı süjetdə bu ölkənin Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının azərbaycanlılara qarşı zorakı əməliyyat keçirdiyi vurğulanır, "şovinizm Rusiyanın dövlət siyasətinə gəlirmi?" sualına cavab axtarılır.

Qeyd edilir ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb. FTX əməkdaşlarının şübhəli şəxs kimi saxladıqları daha bir neçə azərbaycanlıya ağır işgəncə verdikləri vurğulanır. Bildirilir ki, fotolar azərbaycanlılara qarşı işgəncələrin necə dəhşətli olduğunu göstərir.

Mütəxəssislərin sözlərinə görə, Kreml həqiqəti dilə gətirmək əvəzinə yalanlar uydurmaq variantını seçib, bu da Azərbaycanın haqlı narazılığına səbəb olub.

Qeyd olunur ki, Azərbaycan məsələyə haqlı reaksiya verib. Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb. Rusiyanın hüquq-mühafizə orqanları əməkdaşlarının bu qanunsuzluğu ilə bağlı şübəli məqamlar mövcuddur.

Həmçinin xatırladılır ki, ötən ilin sonlarında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin vurulmasından üç gün sonra da Rusiya rəsmiləri həmin vaxt da hadisə ilə bağlı xoşagəlməz münasibət sərgiləyiblər və bununla bağlı yalan açıqlamalar veriblər.

Rusiya AZAL məsələsində olduğu kimi, Yekaterinburqda törədilən zorakılıqları da yalan açıqlamalarla ört-basdır etməyə çalışır.

Daha ətraflı videomaterialda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 İyun 2025 08:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see239

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see215

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see184

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see136

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see133

Şimali Koreyalılar kütləvi şəkildə Rusiyaya işləməyə göndərilir

12 Avqust 2025 21:16see130

Şəfa Qəbələ toplanışında 3 sınaq matçı keçirəcək AÇIQLAMA

12 Avqust 2025 21:16see128

Qarabağ qalibiyyətə LAYİQ KOMANDADIR Şkendiya nın baş məşqçisi

12 Avqust 2025 22:41see128

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see127

Norveç ilə İsveç arasında dağ dişi qaz zəminində münaqişə yaranıb

13 Avqust 2025 06:28see127

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see126

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see126

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see126

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see124

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see124

Liverpul dan A Seriyası klubuna 35 milyon avroluq təklif

13 Avqust 2025 00:53see123

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see123

“Qarabağ”dan dördüncü qol Yenilənir

12 Avqust 2025 20:37see119

Fənərbaxça Feyenoord matçındakı 7 qol Video

13 Avqust 2025 09:03see117

Dünyanın ən təhlükəli ölkələri: Azərbaycan neçənci yerdədir?

13 Avqust 2025 08:31see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri