HaberGlobal: Azərbaycan Prezidentinin Fransa və Niderlanda göstərdiyi təpki Brüsseldə əkssəda verdi Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən COP29-un Zirvə Toplantısında Fransa və Niderlanda göstərdiyi təpki Brüsseldə əks-səda verdi.
BAKU.WS xəbər verir ki, bu fikirlər Türkiyənin "HaberGlobal" telekanalının yayımladığı süjetdə yer alıb.
Süjetdə qeyd olunub ki, İlham Əliyev kiçik ada dövlətlərinin yerləşdiyi ərazilərdə həyata keçirilən nüvə sınaqları və müxtəlif tədbirlərlə əlaqədar ətraf mühitin çirklənməsinə görə hər iki ölkənin məsuliyyət daşıdığını bildirmişdi.
"Avropa İttifaqı Komissiyasının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell isə İlham Əliyevin sözlərinə qulaq tıxayaraq ABŞ-nin iqlim dəyişikliyi ilə mübarizədə ən böyük maliyyəçi olduğunu dedi. O, "Fransa və Niderlandın yanındayıq" açıqlamasını verdi", - "HaberGlobal"ın efirində vurğulanıb.
Telesüjetdə C.Borrellin Azərbaycan liderinin çıxışına qərəzli münasibətinə cavab verən Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirlərinə yer verilib.
Ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 Noyabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















