Icma.az
close
up
RU
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır

Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır – Rusiya bunu dərk etməlidir! 

Azərbaycan dövləti istər ölkə daxilində, istərsə də xaricdə yaşayan hər bir vətəndaşının arxasında dayanmağı özünün strateji və mənəvi borcu hesab edir. "Biz birlikdə güclüyük” devizi ilə yola çıxan dövlətimiz 44 günlük Vətən müharibəsindən sonra daha da güclənib. Qalib ölkənin, qalib vətəndaşları dünyanın bütün nöqtələrində başı dik gəzir, qürurla hər yerdə "Mən Azərbaycanlıyam” deyir. 

Və bu reallığın fonunda beynəlxalq müstəvidə bizə dost olan ölkələr qədər, bizə qarşı qeyri-səmimi mövqe tutan, açıq və gizli formada təzyiq göstərməyə çalışan qüvvələr də artıb. Bu qüvvələrin başında isə çox təəssüf ki, özünü Azərbaycana "müttəfiq” adlandıran Rusiya Federasiyası dayanır.

Son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın və milli ayrıseçkiliyin nə qədər dərinə işləmiş olduğunu bir daha göstərir. Rusiyada miqrantlara, xüsusilə də müsəlman xalqlara qarşı aparılan siyasət təzyiq, şantaj, qorxu üzərində qurulub. Yekaterinburqda baş verən son olaylar, əslində, uzun müddətdir davam edən planlı siyasətin bir hissəsidir.

Rusiya müharibədə insan çatışmazlığı ilə üzləşdiyi üçün, miqrantları müxtəlif vasitələrlə – saxta ittihamlar, narkotiklə şərləmə, ailələri ilə hədələmə və şantaj yolu ilə cəbhəyə göndərməyə çalışır. Bu proses açıq-aşkar zorakılığa, insan hüquqlarının pozulmasına, etnik və dini ayrıseçkiliyə əsaslanır.

Bu gün Rusiyada təkcə miqrantlar deyil, həm də milli mənsubiyyətinə görə vətəndaş olan qeyri-ruslar – o cümlədən azərbaycanlılar da sistemli təqiblərlə üz-üzədir. Miqrasiya ilə bağlı kampaniyalar, repressiyalar, hüquq-mühafizə orqanlarının selektiv yanaşmaları bunun bariz nümunəsidir. Əslində, öz din qardaşına divan tutan bir ölkədən başqa şey gözləmək də gülünv olar. 

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin verdiyi açıqlamalar da göstərir ki, bu repressiyalar təsadüfi deyil. Dövlət səviyyəsində planlaşdırılan miqrant siyasəti, qeyri-ruslara qarşı yönəlmiş sistemli diskriminasiya artıq Kremlə bağlı rəsmilər tərəfindən də dolayısı ilə etiraf olunur. Bütün bu gedişatlar Rusiyada sistemli islamofobiyanın, irqçiliyin və şovinizmin güclənməsinə dəlalət edir.

Azərbaycan hələ də Qarabağda vurulan mülki təyyarəsini və bu hadisəyə görə Rusiyanın nümayiş etdirdiyi passiv, məsuliyyətsiz və ikili standartlarla dolu münasibətini unutmamışdır. Bu hadisə beynəlxalq hüququn pozulması olmaqla yanaşı, Azərbaycanın hava məkanına qarşı yönəlmiş açıq təhdiddir. Azərbaycan bu məsələni beynəlxalq platformalarda gündəmdə saxlayaraq, məsul şəxslərin cəzalandırılması və kompensasiyanın ödənilməsi üçün bütün imkanlardan istifadə edəcək.

Bundan bir müddət öncə Həştərxanda keçirilən beynəlxalq tədbirdə iştirak etməyə gedən azərbaycanlı millət vəkilinin Rusiyaya buraxılmaması artıq diplomatik etika çərçivəsindən çıxan bir münasibətdir. Bu, Azərbaycana yönəlmiş açıq siyasi mesajdır və Rusiya rəhbərliyinin bizim dövlətimizə və parlamentinə olan münasibətinin göstəricisidir.

Azərbaycanın aparıcı informasiya resurslarına qarşı həyata keçirilmiş kiberhücumların arxasında da məhz Rusiya dayanır. Milli Məclisin müvafiq komissiyasının bu barədə hazırladığı hesabatda da konkret faktlar və sübutlar təqdim olunmuşdur. Paralel olaraq, Rusiyada dövlət təbliğatçısı statusu olan Vladimir Solovyov kimi şəxslərin Azərbaycana qarşı səsləndirdiyi nifrət dolu bəyanatlar, təhqirlər və təxribatçı çıxışlar da Kremlin bu prosesdə maraqlı olduğunu göstərir.

Bu gün Ermənistanda radikal revanşistlər – Koçaryan, Sarkisyan və onların ətrafında toplaşan qüvvələr daha fəal şəkildə çıxış etməyə başlayıb. Bütün bunlar Rusiyanın dəstəyi və yönləndirməsi ilə həyata keçirilir. Məqsəd Cənubi Qafqazı yenidən gərginlik məkanına çevirmək, Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmaq və bölgədə öz hərbi-siyasi təsirini qoruyub saxlamaqdır.

Bu gün Azərbaycan cəmiyyəti, xüsusən də media və diaspor təşkilatları Rusiya tərəfindən aparılan bu sistemli təzyiq və nifrət siyasətinə qarşı ciddi informasiya mübarizəsi aparmalıdır.

Rusiya açıq şəkildə Azərbaycanı zəiflətmək, xalqımızın milli qürurunu sarsıtmaq, müstəqil siyasətimizi əngəlləmək istəyir. Amma biz bunun qarşısını yalnız birlik, prinsipial mövqe və güclü informasiya savaşı ilə ala bilərik.

Hacıbəy Heydərli,

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 İyun 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see164

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see127

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri