Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Qarındakı piyləri əritməyin sirri açıldı

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

“Hacıkənd” Qafqaz ulduzu olacaq

“Hacıkənd” Qafqaz ulduzu olacaq

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Burada müasir istirahət kompleksi yaradılır

Minskdən 130-140 kilometr məsafədə, füsunkar meşələr arasında yerləşən, Belarus Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Priozernaya” sanatoriyası yaddaşımdan heç vaxt silinməyəcək. Orada bir neçə dəfə olmuşam. Hər səfərimdə düşünürdüm: “Görəsən, Hacıkənddə də belə yüksək səviyyəli, təbiətlə iç-içə, həm ruhu, həm bədəni dincəldən bir istirahət ocağı tikmək olarmı?”

Bu sualın cavabını illər sonra öz doğma torpağımda, Qafqaz dağlarının ətəyində tapdım. Artıq xəyal deyil, reallıqdır: Azərbaycanın qəlbində, Gəncənin Hacıkənd qəsəbəsində ölkəmizin ən müasir turizm ocaqlarından biri – “Hacıkənd” istirahət kompleksi inşa edilir.

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu unikal layihənin gedişi ilə tanış oldular. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma görülən və gələcəkdə icra olunacaq işlər barədə ətraflı məlumat verdi. Ərazisi 23 hektara yaxın olan bu kompleks həm Hacıkənd qəsəbəsini, həm də Göygöl rayonunun Bənövşəli kəndini əhatə edir. Eyni anda 452 qonağı qəbul edə biləcək bu geniş məkanda 133 fərqli kateqoriyalı otaq, 19 birmərtəbəli standart, 10 ikimərtəbəli VIP kottec inşa olunur. Hər şey müasir dövrün tələblərinə cavab verəcək şəkildə düşünülüb: təbiətə uyğun dizayn, ekoloji təmizlik və qonaq rahatlığı ön plandadır.

Qonaqlar burada təkcə təbiətin qoynunda istirahət etməyəcək, həm də sağlamlıqlarını bərpa edə biləcəklər. Qapalı hovuz, SPA xidmətləri, müasir fitnes mərkəzi, milli və dünya mətbəxinin ləziz təamları ilə xidmət göstərəcək restoranlar, karaoke, masaüstü oyun otaqları və uşaqlar üçün yaradılan xüsusi əyləncə zonaları – bütün bunlar bu məkanı yalnız bir istirahət mərkəzi deyil, tam mənada turizm cazibə nöqtəsinə çevirir.

İdman həvəskarları üçün futbol və basketbol meydançaları, yürüş zolaqları, dağ mənzərələri fonunda aktiv istirahət imkanı təqdim edir. Eyni zamanda burada 90 nəfərlik konfrans zalı da fəaliyyət göstərəcək. Bu, kompleksin yalnız istirahət deyil, işgüzar görüşlər, seminarlar və beynəlxalq tədbirlər üçün də əlverişli məkan olacağını göstərir.

Bütün bu işlərin nəticəsində 300-ə yaxın yeni iş yerinin yaradılması planlaşdırılır ki, bu da təkcə turizm yox, bölgənin sosial-iqtisadi inkişafı baxımından da mühüm hadisədir. “Hacıkənd” istirahət kompleksi Gəncəbasar zonasının turizm xəritəsində parlaq bir nöqtəyə çevriləcək.

Gəncədən bir az bəri...

Hacıkəndin adı ilk dəfə XIX əsrin sonlarında Rusiya imperiyası dövrünün sənədlərində çəkilir. Əsrlər boyu Gəncə zadəganlarının, maarifçilərinin və məmurlarının yay aylarında üz tutduğu məkan kimi tanınan Hacıkənd çar dövründə “Yelizavetpolskaya daça” (yaylaq) kimi də tarixə düşüb.

Buranın saf havası, müalicəvi iqlimi və duru bulaqları yalnız yerli əhali üçün deyil, başqa bölgələrdən gələnlər üçün də cəlbedici olub. İsti yay aylarında insanlar ailəvi şəkildə və bütün təsərrüfatı ilə birlikdə buralara köç eyləyib, bütün yayı burada yaşayıb, dincələrmiş. Gəncənin, demək olar ki, bütün sayılıb-seçilən, zadəgan nəsillərinin buralarda geniş torpaq sahələri və malikanələri olub. Rəfibəylilərin, Ziyadxanovların, Şeyxzamanlıların, Yusifbəylilərin Hacıkənddə böyük mülkləri var idi. 1870-ci ildə burada sonralar Hacıkənddən Gəncəyə kəhriz çəkdirmiş məşhur gəncəli xeyriyyəçi Hacı Mir Qasım və onun qardaşları da malikanələr tikdirib.

Sovet dövründə Hacıkənd “kurort qəsəbə” statusu alaraq bir sıra sanatoriya və pansionatların ünvanına çevrilib. SSRİ-nin müxtəlif respublikalarından istirahətə gələnlər bu kiçik, amma təmiz və səliqəli qəsəbəni o dövrdə sevə-sevə tərk edirdilər. Pioner düşərgələrinin isə sayı-hesabı yox idi.

Göygöl yolu ‒ turizm dəhlizi

Unutmayaq ki, Hacıkənddə dincələn yerli və xarici qonaqlar, istirahət zamanı mütləq bölgəni gəzmək istəyəcəklər. Göygöl, Maralgöl, mənzərəli kəndlər, Gəncə şəhərinin özü – bunlar Hacıkəndin turizm kontekstinin ayrılmaz hissələridir.

Qonaqlar bu marşrut boyunca hər nöqtədə yüksək səviyyə, gözoxşayan təbiət və estetik mühit gözləyirlər. Biz isə bu gözləntiyə uyğun cavab verməliyik. Təbiəti olduğu kimi saxlamaqla yanaşı, onu müasir turizm zövqünə uyğun təqdim etmək də bizim məsuliyyətimizdir.

Beləliklə, “Hacıkənd” istirahət kompleksi ilə başlayan bu inkişaf yalnız bir məkanın deyil, bütün bölgənin turizm simasının yenilənməsi deməkdir. Təklif olunan tədbirlər həyata keçərsə, Hacıkənd və ətrafı, təkcə yerli yox, beynəlxalq turizm zolağında nümunəvi bir məkana çevriləcək. Yəni Gəncədən cəmi bir neçə kilometr aralıda, Göygöl silsiləsinin ətəyində, qocaman çinarların, sərin bulaqların və gur meşələrin qoynunda əsrlərdən bəri nəfəs alan Hacıkənd bu gün yeni bir mərhələyə qədəm qoyur. Tarixi və təbiəti ilə seçilən bu unikal məkanda artıq müasir turizm infrastrukturunun inşasına başlanılıb. Lakin ən önəmli məsələ budur ki, bu inkişaf təbii irsə zərər vurmadan, əksinə, onun qorunması əsasında həyata keçirilir.

Hər qarışı rahatlıq yuvasıdır

Bütün bu müasir və zövqlə düşünülmüş layihələrin fonunda bir məsələ də var ki, yəqin təxirə salınmadan mütləq həllini tapacaqdır. Söhbət Hacıkəndə aparan yolboyu səpələnmiş, primitiv şəkildə qurulmuş iaşə obyektlərindən, adını belə çəkməyə ehtiyat etdiyimiz kababxanalardan və yarım uçuq obyektlərdən gedir.

Hazırda Gəncədən Hacıkəndə və daha irəli, Göygölə uzanan marşrut yalnız mənzərə baxımından füsunkardır. Təəssüf ki, yolkənarı infrastruktur və estetik baxımdan bu təbiətə yaraşmayan bir mənzərə ilə qarşılaşırıq. Bir çoxu heç bir sanitariya və texniki norma gözlənilmədən fəaliyyət göstərən bu obyektlər qonaq qəbul etməyə qətiyyən hazır deyil. Nə vizual cəhətdən baxımlıdırlar, nə də xidmət baxımından.

Əgər biz bu bölgəni ölkənin və regionun nüfuzlu turizm marşrutlarından birinə çevirmək niyyətindəyiksə, yalnız istirahət kompleksinin ərazisi deyil, bütün ətraf infrastruktur da yenilənməli, vahid konsepsiyaya salınmalıdır.

Bəs onda nə etməliyik?

İaşə obyektlərinə ümumi dizayn verilməli, lisenziya və standartlara uyğunluq yoxlanılmalıdır. Nəzarətsiz vəziyyətdə fəaliyyət göstərən köhnə obyektlər ya təmir olunmalı, ya da alternativ yerlə əvəzlənməlidir.

Yolboyu vahid ekoloji və turizm tərzi tətbiq olunmalıdır: təbii materiallardan istifadə, yerli memarlıq elementləri, ahəngdar rəng seçimi vacibdir. Sanitariya, tullantı idarəetməsi və park qaydaları sərtləşdirilməlidir. Bu obyektlərdə həm vizual səliqə, həm də funksional təmizlik olmalıdır.

Yol boyunca “ekoturizm zolağı” yaradılmalı, qonaqlar üçün istiqamətləndirici lövhələr, istirahət guşələri və gəzinti dayanacaqları təşkil olunmalıdır. Xarici turistlər üçün multidilli nişanlar, kənd təsərrüfatı məhsullarının satış nöqtələri də əlavə oluna bilər. Nəzarət mexanizmi gücləndirilməlidir. İstənilən qeyri-qanuni obyekt dərhal ləğv edilməli, ümumi estetikanı pozan görüntülərə yol verilməməlidir.

Təbiət əmanəti!

Layihənin istifadəyə verilməsi ilə 300-ə yaxın daimi iş yerinin açılması nəzərdə tutulur. Bu, təkcə turizm sahəsinin inkişafı demək deyil, həm də bölgənin məşğulluq və rifah göstəricilərinə ciddi töhfə deməkdir.

Əlavə olaraq, kompleksin bütün enerji sistemləri müasir texnologiyalarla təchiz olunacaq, enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, tullantıların idarə edilməsi və ekoloji balansın saxlanması əsas prinsip olacaq. Ən önəmli məsələ isə budur: tikinti işləri təbiətə müdaxilə etmədən, mövcud ekosistemi qoruyaraq həyata keçirilir.

Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına təqdim etdiyi layihə çərçivəsində meşələrin qırılmayacağı, yaşıllıqların tam qorunacağı barədə əminliklə məlumat verdi. Tikinti prosesi zamanı bütün infrastruktur ya mövcud təmiz ərazilər üzərində, ya da əvvəllər istismar edilmiş, lakin baxımsız qalmış sahələrdə aparılır.

Beləliklə, Hacıkəndin qocaman ağacları, əsrlik palıdlar, təmiz hava və sərin bulaqları turizmin yox, təbiətin qalibi kimi qorunacaq.

... İndi Hacıkənd yenidən doğulur – tarixi ruhunu qoruyaraq, təbiətə zərər vermədən, müasirliyə qovuşaraq. Bura təkcə istirahət deyil, həm də daxili rahatlıq, ruhi dincəlmə və vətən sevgisinin ünvanına çevrilir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti təbiəti ilə turizmi barışdırmağı, tarixi ilə gələcəyi birləşdirməyi bacarır.

“Hacıkənd” artıq təkcə dağların ətəyindəki bir qəsəbə deyil – o, Azərbaycanın turizm xəritəsində ucalan yeni zirvədir.

Hacıkənd təkcə lokal istirahət mərkəzi yox, beynəlxalq turizm potensialına malik bir məkan kimi təqdim olunur. Təbii gözəllik, milli memarlıq üslubu və yüksək xidmət səviyyəsi burada vəhdət təşkil edəcək.

Əgər bir zamanlar Belarus meşələrindəki “Priozernaya” sanatoriyası bizə xəyal kimi görünürdüsə, bu gün “Hacıkənd” artıq həmin səviyyəni keçməyə namizəddir, özü də doğma torpaqda.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:316
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see269

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see267

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see259

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see245

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see244

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see233

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see223

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see223

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see222

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see219

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see219

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see217

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see212

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see212

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see211

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see209

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see206

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see198

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see188

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri