Niyazi Bayramov Hacıkənd qəsəbəsinin sakinləri ilə görüşdü Fotolar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Hacıkənd qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, 35 nömrəli məktəbdə baş tutan qəbulda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüşdə vətəndaşlar tərəfindən işlə təminat, maddi yardım, su xəttinin bərpası və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunauyğun şəkildə həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll olunması üçün qeydiyyata alınıb.
Qeyd edək ki, vətəndaşların müraciətlərinin yerində dinlənilməsi məqsədilə təşkil olunan belə səyyar görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi şəkildə davam etdirilir.






Baxış sayı:112
Bu xəbər 01 Avqust 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















