Hacıyev də oradadır: Qriqoryan dünyanın gözü qarşısında bunları dedi
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Bir-iki il əvvələ qədər Ermənistan və Azərbaycanın hekayələri bir-birinə zidd olsa da, hazırda çox bənzəyir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Doha Beynəlxalq Forumunda Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə birgə panel müzakirələrində çıxışı zamanı deyib.
O, zamanla iki ölkə arasındakı anlaşmazlıqların tədricən aradan qaldırıldığını bildirib:
“Əvvəllər hər fürsətdə görüşüb anlaşılmaz məsələləri müzakirə edərdik. İndi bir çox yanaşmamız bir-birinə yaxındır. Lakin gələcək perspektivlərin yaxşılaşdırılması üçün əməkdaşlığımızı gücləndirəcəyimizə əminəm. Bakı və İrəvanın sülhə can atması çox vacibdir. Avqsutun 8-də ABŞ-da imzalanan saziş çox böyük, vacib və gözəldir.
Hər iki tərəfdən siyasi iradə lazımdır və beynəlxalq ictimaiyyət sülh quruculuğunu dəstəkləyə bilər. Əminəm ki, beynəlxalq oyunçular yeni iqtisadi imkanlar və investisiyalar üçün regionda sabitliyin təmin olunmasında maraqlıdırlar. Biz Ermənistanda yeni iqtisadi layihələri də müzakirə edirik”.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 06 Dekabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















