Icma.az
close
up
RU
Hikmət Hacıyev Armen Qriqoryan arasında telefon danışığı: nələr müzakirə edilib? TƏHLİL

Hikmət Hacıyev Armen Qriqoryan arasında telefon danışığı: nələr müzakirə edilib? TƏHLİL

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın “Hraparak” qəzeti iddia edir ki, avqustun 30-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında telefon danışığı olub. Nəşrin məlumatına görə, söhbətin əsas mövzusu Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə ittiham olunan və Bakıda məhkəməsi davam edən ermənilər olub.

Belə ki, Vaşinqton görüşü zamanı Ermənistan nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampla müzakirədə bu məsələni qaldırıb. Tramp bu məsələyə mümkün çərçivədə baxılmasını Azərbaycan tərəfindən xahiş edəcəyini söyləyib.

Nəşr bildirir ki, Hikmət Hacıyev Qriqoryanla telefon danışığında bu məsələnin gündəmə gətirilməsinin sülh razılaşması və münasibətlərin normallaşmasına xələl gətirə biləcəyini vurğulayıb. Həmçinin ölkəmizə qarşı cinayətlərdə əli olan ermənilərin azad edilməsi məsələsinin nəzərdən keçirilmədiyini, bunun mümkün olmadığını qeyd edib. Məlumata görə, Hacıyevlə danışıqdan sonra Qriqoryan heç bir problem olmadığını deyib və razılaşaraq geri addım atıb.

Hələlik rəsmi Bakı bu barədə açıqlama verməyib. Lakin belə təmasın olması təəccüblü deyil, çünki artıq ikitərəfli danışıqların, fikir mübadilələrinin aparıldığı məlumdur.

Əslində burada əsas məsələ real diplomatik təmasın olub-olmaması deyil, Ermənistan hakimiyyətinin bu mövzunu daxili ictimai dəstək qazanmaq üçün istifadə etməyə çalışmasıdır – xüsusən 2026-cı il seçkilərində.

Aydın məsələdir ki, rəsmi Bakı heç bir halda bu məsələdə güzəştə getməyəcək. Çünki həm Ermənsitanın bunu qabartmasının pərdəarxasındakı məqsədi yaxşı bilir, həm də məsələyə baxışı fərqlidir.

İddialardan aydın olur ki, Ermənistan mediası vasitəsilə ictimaiyyətə ötürülən bu məlumat siyasi manipulyasiya məqsədi daşıyır. Məqsəd isə 2026-cı ildə keçiriləcək seçkilər öncəsi daxili siyasi mənfəət qazanmaqdır. Xüsusilə “xristian erməni məhbuslar” ifadəsinin seçilməsi bunu təsdiqləyir. Bu təsadüfi deyil, çünki belə detallar beynəlxalq arenada, xüsusilə də Qərb dairələrində dini həssaslıqlara toxunaraq emosional təsir yaratmaq üçün atılmış addımdır.

Əslində, söhbət Azərbaycanın suveren ərazisində, beynəlxalq humanitar hüququ pozaraq mülki şəxslərə və hərbçilərə qarşı qəddar cinayətlər törətmiş şəxslərdən gedir. Onların istənilən dövlətə deyil, məhz Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətdiyi danılmaz faktdır və bu məsələyə yalnız hüquqi prizmadan yanaşmaq lazımdır.

Azərbaycan tərəfinin mövqeyi tamamilə haqlıdır və prinsipialdır. Bakı beynəlxalq hüququn və öz suveren qanunvericiliyinin səlahiyyətləri çərçivəsində bu məsələləri araşdırır. Cinayət törədən hər bir şəxs hüquqi məsuliyyət daşımalıdır və onun etnik kimliyi, dini mənsubiyyəti və siyasi fonu bu həqiqəti dəyişmir.

Hikmət Hacıyevin Ermənistan tərəfinə bu məsələnin gündəmə gətirilməsinin sülh prosesinə zərər verə biləcəyini deməsi həm diplomatik etika, həm də real təhlükəsizlik maraqları baxımından əsaslı və prinsipial yanaşmadır. Ermənistanın bu cür məsələləri sülh gündəminə alət etməyə çalışması prosesə zərbə vurur.

Azərbaycan tərəfi bu məsələdə tam şəffaf, hüquqa əsaslanan və sülhü təhlükəyə atmayan mövqe nümayiş etdirir. Bakı beynəlxalq hüququ rəhbər tutaraq ədalətin bərqərar olunması üçün çalışır. Buna görə də mövqeyi nəinki prinsipialdır, həm də diplomatik baxımdan əsaslandırılmış və qarşı tərəfin arqumentlərini çürüdəcək gücdədir.

Turan Rzayev

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri