Icma.az
close
up
RU
​Paşinyan Hacıyev Qriqoryan görüşünün detallarını açıqladı Gərginlik meylləri görürdük

​Paşinyan Hacıyev Qriqoryan görüşünün detallarını açıqladı Gərginlik meylləri görürdük

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında Dilicanda keçirilən son görüşün təfərrüatlarını açıqlayıb.

"AzPolitika"nın məlumatına görə,  Paşinyan bəyan edib ki, bu təmas Ermənistandakı seçki prosesləri ilə bağlı olub və regionda mümkün müharibə təhlükəsinin qarşısını almaq məqsədi daşıyıb.Paşinyanın sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində vəziyyəti gərginləşdirə biləcək müəyyən meyllər müşahidə olunduğu üçün o, Qriqoryana azərbaycanlı həmkarı ilə görüşmək barədə şəxsən tapşırıq verib. Paşinyan qeyd edib ki, hökumətin vəzifəsi regional gərginliyin qarşısını almaqdır: "Gərginliyin qarşısını almaq üçün çalışmalıyıq və regional vəziyyət gərginləşməyəcək. Müharibə olmayacaq, sülh olacaq".Məlumata görə, bu gərginlik Ermənistanda 7 iyun tarixində keçirilən parlament seçkilərinin nəticələri ilə birbaşa bağlıdır. Seçkilərdən əvvəl Paşinyan seçicilərə xəbərdarlıq edirdi ki, əgər onun "Mülki Müqavilə" partiyası konstitusion çoxluq əldə edə bilməsə, yeni bir müharibə dalğası qaçılmaz olacaq. Seçki nəticələrinə əsasən, müxalifət blokları yarım milyondan çox səs qazanıb və Paşinyanın partiyası gözlənilən konstitusion çoxluğu əldə edə bilməyib.Bu vəziyyət rəsmi Bakının sülh müqaviləsi üçün irəli sürdüyü əsas şərt fonunda prosesi dalana dirəyir. Azərbaycan tərəfi bəyan edib ki, sülh sazişi yalnız Ermənistan Konstitusiyasında dəyişiklik edildiyi, Müstəqillik Bəyannaməsinə edilən və Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bəndlərin çıxarıldığı təqdirdə imzalana bilər. Paşinyan özü də bu dəyişikliyi dəstəkləyir və bəyannamənin münaqişəni alovlandırdığını müdafiə edir. Lakin parlamentdə 2/3 çoxluğa sahib olmadığı üçün yeni konstitusiya layihəsini referendumdan keçirmək məsələsi sual altındadır.Ermənistan parlamentinin müxalif "Ermənistan" fraksiyasının deputatı Artur Xaçatryan iddia edir ki, Paşinyan Bakı və Ankaraya verdiyi konstitusiya dəyişikliyi vədlərini seçki nəticələrinə görə yerinə yetirə bilmədiyi üçün Azərbaycan tərəfi ondan izahat tələb edib. Müxalifət deputatının fikrincə, Dilican görüşü məhz Paşinyanın özünə bəraət qazandırmaq cəhdidir.Digər tərəfdən, Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın Lüksemburqda avropalı rəsmilərlə keçirdiyi son görüşlərdə də seçkidən sonra sülh prosesində yaranan qeyri-müəyyənlikdən bəhs etdiyi bildirilir.Paşinyan isə daxili siyasi vəziyyəti heç bir ölkə ilə müzakirə etmədiklərini, lakin seçkilərin siyasi nəticələrini və sonrakı strategiyaları bütün beynəlxalq tərəfdaşlar kimi Azərbaycanla da bölüşməyin normal dövlət təcrübəsi olduğunu vurğulayıb. O, müxalifətin topladığı səslərin xaricdə "Qarabağ hərəkatı"nın davamı kimi qəbul edilməsinə imkan verməyəcəklərini bildirib və müxalifəti seçki rüşvəti verməkdə ittiham edib.Rasim

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 İyun 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri