Hacıyev: İrana aid o səhifəni çevirmişik
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan İranla iqtisadi-ticarət əlaqələrini genişləndirməyə önəm verir.
"Yeni Sabah" “EU Today"ə istinadla xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, İranda Azərbaycan səfirliyində törədilən hücumla bağlı danışıb.
Hikmət Hacıyev xatırladıb ki, hücumu törədən şəxs İran qanunlarına əsasən mühakimə olunub və Azərbaycan İranla münasibətlərdə bu səhifəni tamamilə çevirib.
Prezidentin köməkçisi iki ölkə arasındakı münasibətləri normal və stabil qiymətləndirib, eyni zamanda, Azərbaycan lideri və onun iranlı vəzifədaşı Məsud Pezeşkian arasında şəxsi münasibətin istiliyinə diqqət çəkib.
Azərbaycan Prezidentinin köməkçisi Araz çayı üzərində Ağbənd-Kəlalə körpüsü ilə İranın rəsmi Bakının geniş konnektivlik planlarında yer aldığını, bu layihənin strukturunun 2025-ci ilin sonuna qədər yekunlaşacağını vurğulayıb.
"Biz İranı qonşu, tərəfdaş kimi görürük və iqtisadi-ticarət əlaqələrimizi genişləndirməyə önəm veririk", - Hikmət Hacıyev qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 01 Dekabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















