Icma.az
close
up
RU
Hacıyevdən ermənilərə mesaj: Qriqoryanla müzakirədə elan etdi Hədəf bilindi

Hacıyevdən ermənilərə mesaj: Qriqoryanla müzakirədə elan etdi Hədəf bilindi

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Dohada keçirilən beynəlxalq foruma qatılıb. Forum çərçivəsində bir çox məsələyə toxunan H. Hacıyev diqqətçəkən açıqlamalar verib.

Həmçinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da forumda Hacıyevlə eyni panel müzakirəsində iştirak edib. Hər iki ölkənin rəsmisi Azərbaycan və Ermənistan xalqlarına sülh mesajları verib, əlaqələrin qurulması və münasibətlərin normallaşması prosesinin davam etdiriləcəyini bildiriblər.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Hikmət Hacıyevin Dohada səsləndirdiyi fikirlər Azərbaycan diplomatiyasının sülh prosesinə verdiyi real və uzunmüddətli strateji yanaşmanı əks etdirir:

“Onun “xalqlarımızı sülhə hazırlamalıyıq” mesajı sülhün yalnız siyasi elitaların imzaladığı sənəd olmadığını, cəmiyyətlərin psixoloji və sosial mühitində köklü dəyişiklik tələb edən proses olduğunu göstərir. Hacıyev qeyd edir ki, Azərbaycan üçün müharibə bitib və Cənubi Qafqaz yeni geosiyasi mərhələyə keçmək imkanına malikdir. O, hökumətlər arasında artıq formalaşmağa başlayan etimadı müsbət addım kimi qiymətləndirir, amma sülhün gerçək dayanıqlılığı üçün xalqlar arasında qarşılıqlı inamın daha vacib olduğunu vurğulayır. Bu, həm də Ermənistanın daxili siyasi dairələrində mövcud olan radikal qüvvələrə ünvanlanan mühüm mesajdır.


Züriyə Qarayeva 

Hacıyevin fikirləri regionun təhlükəsizlik arxitekturasının yenidən qurulması yönündə Bakının öz üzərinə məsuliyyət götürdüyünü göstərir. O, açıq şəkildə bildirir ki, Azərbaycan yalnız Ermənistan hökuməti ilə deyil, Ermənistan xalqı ilə də sülh imzalamaq niyyətindədir. Bu da gələcək nəsillərin münaqişəsiz mühitdə yaşamasına hesablanmış yanaşmadır. Hacıyev bunun çətin proses olduğunu etiraf edir, lakin uzun illər davam edən qarşıdurmanın yaratdığı yaraların yalnız davamlı siyasi iradə, iqtisadi əməkdaşlıq və regional inteqrasiya vasitəsilə sağala biləcəyini vurğulayır. Bu çıxış həm Vaşinqton razılaşmasının icrasına verilən əhəmiyyəti, həm də Azərbaycanın Cənubi Qafqazda baş verəcək dəyişikliklərin təşəbbüskarlarından biri olmağa davam etdiyini göstərir”.

Siyasi şərhçi Mütəllim Rəhimov isə deyib ki, Hikmət Hacıyevin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birgə panel müzakirəsində vurğuladığı əsas nüanslardan biri sülh danışıqlarının ikitərəfli təbiətidir:

“O, bu yanaşmanın prosesə effektiv təsir göstərdiyini bildirib. Bu bəyanat Azərbaycanın regionda yeni status-kvo qurmaq strategiyasını əks etdirir. İkinci Qarabağ Müharibəsindən sonra yaradılan reallıqlar indi hüquqi və legitim baza kimi təqdim olunur. Lakin H. Hacıyev “bəzən siyasi bəyanatlarda geriyə aparan elementlər”in müşahidə olunduğunu qeyd edib. Beləliklə Ermənistanın daxili siyasətində sərt bəyanatlara işarə edib. Bu, əslində Azərbaycanın sülhü etimad quruculuğu tədbirləri ilə dəstəkləmək istədiyini göstərir. Eyni zamanda prosesi zəiflədəcək addımlara qarşı xəbərdarlıq edir. Nəticədə Doha açıqlamalarına Azərbaycanın sülhə açıq, lakin onu zəiflədən münasibəti görmək istəmədiyini ifadə edən bir yanaşma kimi baxıla bilər.

Hikmət Hacıyev Cənubi Qafqazda sülhün yaranması və onun iqtisadi faydaları üçün beynəlxalq dəstəyə ehtiyac duyulduğunu vurğulayıb. O, layihənin bir hissəsinin artıq Azərbaycan tərəfindən həyata keçirildiyini qeyd edib. Zəngəzur dəhlizində nəzərdə tutulan işlərin görülməsinin ABŞ–Ermənistan əməkdaşlığı ilə bağlı olduğunu bildirib”.


Mütəllim Rəhimov

Siyasi şərhçi qeyd edib ki, Zəngəzur dəhlizi sadəcə tranzit layihəsi deyil, Azərbaycanın Avropa–Türkiyə-Cənubi Qafqaz əlaqələrini gücləndirmək üçün strateji alətidir:

“Bu yol Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya etmək istəyini göstərir. Sözügedən yanaşmada Ermənistanın “seqment” kimi təqdim olunması ilə rolu məhdudlaşdırılır. Yəni regionda həm geosiyasi mövqeyinə, həm də oynadığı rola görə ölkəmizin lider olduğunu ortaya qoyur. Azərbaycan özünü regionun sabitlik mexanizminin açarı kimi görür. Bu da Rusiya və İran kimi rəqiblərin təsirini azaldır. Belə bir yanaşma ölkəmizi regionun iqtisadi mərkəzinə çevirə bilər. Lakin Ermənistanın daxilində müxalif qüvvələrin müqaviməti, xüsusilə dəhlizə qarşı etirazlar prosesi ləngidir.

Hikmət Hacıyevin Dohadakı açıqlamaları Azərbaycanın sülhü ədalətli və praktiki baza üzərində qurmaq istəyini açıq şəkildə göstərir. Bu, regionu destabil etmək istəyən və geriyə qaytarmağa çalışan elementlərə qarşı xəbərdarlıq kimi səslənir. Siyasi olaraq, bu çıxışlar Azərbaycanın güclü mövqeyini vurğulayır və Ermənistanın kənar himayəçilər axtarışına qarşı xatırlatma rolunu oynayır. Yəni rəsmi İrəvan razılaşmalara əməl etməlidir, kimlərəsə güvənib manevrlərə yol verməməlidir. Təbii ki, arzulanan uğur Ermənistanın daxili siyasətindən və beynəlxalq vasitəçilərin, xüsusilə ABŞ-ın rolundan asılıdır. Əgər proses davam edərsə, Cənubi Qafqaz rifah zonasına çevrilə bilər. Əks halda, yeni status-kvo yenə müharibə risklərini doğuracaq. Hacıyevin açıqlamalarını bu kontekstdə Azərbaycanın diplomatik üstünlüyünü təsdiqləyən, amma ehtiyatlı bir yanaşma kimi də qiymətləndirmək olar”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri