Icma.az
close
up
RU
Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? DETALLAR

Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? DETALLAR

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ötən gün Türkiyəyə səfəri diqqət çəkib. O, Ankarada Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, xarici işlər naziri Hakan Fidan və Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

Hikmət Hacıyevin bundan öncə İsrailə və İrana ard-arda səfərlərindən sonra Türkiyəyə getməsi maraq doğurub. O, Təl-Əvivdə Baş nazir Benyamin Nertanyahu, Tehranda isə Prezident Məsud Pezeşkian və bir sıra İran rəsmiləri ilə görüşmüşdü.

Hacıyevin son üç mühüm səfəri necə dəyərləndirilməlidir? Bu, hansı vacib prosesdən xəbər verir?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Hikmət Hacıyevin ardıcıl səfərləri təsadüfi deyil:

“Aydın məsələdir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarını icra edir. Səfərlər də məhz bu məqsədlə baş tutur. Onun qısa zamanda İran, İsrail və Türkiyəyə getməsi diqqət çəkir.

Hər üç ölkənin Azərbaycanla əlaqələri var. Rəsmi Bakının da bu ölkələrlə ortaq maraqları mövcuddur. İranla münasibətlərdə müəyyən suallar, gərginliklər olmasına baxmayaraq, münasibətlərin inkişafında maraqlıyıq. Tehranla ortaq layihələr reallaşdırırıq.

İsrail və Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır. Ankara və Təl-Əvivlə birdən çox sahədə əməkdaşlıq edirik. Bu ölkələrlə münasibətlərin inkişafı və balansın qorunması Bakının xarici siyasətində mühüm yer tutur”.


Elxan Şahinoğlu

Politoloq bildirib ki, Türkiyə ilə səfərə ayrılıqda baxdıqda Hacıyevin birdən çox görüşdə iştirak etməsi diqqət çəkir:

“Xüsusilə Hakan Fidanla görüş maraqlıdır. Bakı və Ankaranın məsləhətləşməli olduğu məqamlar var. Mümkündür ki, görüşlərdən sonra ölkə başçısına da müvafiq məlumatlar veriləcək.

Türkiyənin regionda yeri, əhəmiyyəti artır. Əsasən də son zamanlar Ankaranın Ukrayna məsələsində aktivliyi müşahidə olunur. H.Hacıyevin məhz bu proseslər fonunda Türkiyəyə səfəri Ankara və Bakının xarici siyasətdə ortaq hərəkət etdiyini göstərir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Fevral 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri