Icma.az
close
up
RU
Hacıyevin Praqa səfərinin pərdəarxası: Bakı üçün mühüm şans Nə baş verir?

Hacıyevin Praqa səfərinin pərdəarxası: Bakı üçün mühüm şans Nə baş verir?

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Çexiyanın paytaxtı Praqada keçirdiyi görüşlər diqqət çəkir. Strateji tərəfdaşlarla aparılan müzakirələrdə əsas diqqət həm də “yaşıl enerji dəhlizlərinə” yönəlib. Hikmət Hacıyev bildirib ki, hazırda iki əsas marşrut üzrə – Qara dəniz marşrutu və Türkiyə-Bolqarıstan xətti istiqamətində “yaşıl dəhlizlər” üzərində intensiv iş aparılır. Bu təşəbbüslər Azərbaycanın regional və qlobal enerji gündəmində oynadığı rolu daha da artırır və ölkəmizi Avropa üçün etibarlı enerji tərəfdaşı kimi möhkəmləndirir.

Bəs bu görüşlər və yeni enerji marşrutları Azərbaycanın strateji maraqları baxımından hansı əhəmiyyəti daşıyır? Hazırkı geosiyasi kontekstdə bu təşəbbüslər necə qiymətləndirilməlidir?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, Hikmət Hacıyev tərəfindən açıqlanan yeni marşrutlar əslində Azərbaycanın strateji maraqlarını əks etdirir və beynəlxalq arenada mövqelərimizin daha da güclənməsinə xidmət edə biləcək bir istiqamətdir:

“Bu təşəbbüslər təkcə konkret infrastruktur layihələri deyil, həm də mövcud regional və beynəlxalq şərtlərin dəyişkənliyinə uyğun şəkildə çevik yanaşma tələb edir.

Hazırda bu marşrutlarla bağlı müəyyən addımlar atılsa da, bəzən proseslər Azərbaycanın iradəsindən asılı olmayan səbəblərə görə təxirə salına və ya yenidən nəzərdən keçirilə bilər. Regionda baş verən hadisələr, o cümlədən müharibə ehtimalının artması bu layihələrə təsirsiz ötüşmür. Lakin Azərbaycan sabit, güclü və prinsipial mövqe sərgiləyən bir dövlətdir. Öz strateji kursunu ardıcıl və soyuqqanlı şəkildə həyata keçirməyi bacarır.

Fazil Mustafa

Məhz bu səbəbdən Azərbaycan tərəfdaş ölkələrə dəqiq və davamlı xətt təqdim etməyə çalışır. Bu, qarşılıqlı inamı artırır və əməkdaşlıq imkanlarını genişləndirir. Bu cür perspektivli yanaşmalar həm də Azərbaycanın beynəlxalq imicini gücləndirir və ölkəmizin qlobal səviyyədə daha yüksək qəbul olunmasına səbəb olur. Bu prosesi cəmiyyət olaraq dəstəkləməli və birlikdə irəli aparmalıyıq.

Xüsusilə qeyd olunmalıdır ki, “yaşıl dəhliz” təşəbbüsü Azərbaycanın ən aktiv və önəm verdiyi istiqamətlərdən biridir. Bu sahədə atılan addımlar, o cümlədən COP29 tədbirinin Azərbaycanda keçirilməsi, ətraf mühitin qorunması və davamlı inkişaf istiqamətində ölkəmizin təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir. COP29 çərçivəsində qəbul olunan sənədlər və orada aparılan müzakirələr nəticəsində Azərbaycanın beynəlxalq əlaqə şəbəkəsi daha da genişlənir.

Artıq dünya ictimaiyyəti Azərbaycanın qlobal səviyyəli layihələri təşəbbüs etmə və həyata keçirmə bacarığını qəbul etməkdədir. COP29-da ölkəmizə münasibət bu reallığın göstəricisi olacaq”.

Həmçinin oxuyun:

Prezident İlham Əliyev Britaniya Kralını təbrik edib

Politoloq Oqtay Qasımovun sözlərinə görə, Prezident İlham Əliyevin köməkçisinin Praqa səfəri böyük strateji və siyasi əhəmiyyət daşıyır:

“Çexiya Avropa İttifaqının əsas üzv ölkələrindən biri olmaqla yanaşı, bu ölkədə keçirilən yüksək səviyyəli görüşlər və səsləndirilən fikirlər Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə bir daha güclü şəkildə ifadə olunmasına şərait yaratdı.

Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində strateji əməkdaşlıq memorandumu imzalamış ölkədir və bu sənədin mahiyyəti ölkəmizi Avropanın etibarlı enerji təminatçısı kimi ön plana çıxarır. Məhz bu tərəfdaşlıq çərçivəsində Azərbaycanın enerji sektorundan əldə etdiyi vəsaitlər bərpa olunan enerjiyə yönləndirilir. Bu da ölkəmizi həm regionda, həm də dünyada “yaşıl enerji” sahəsində liderlərdən birinə çevirir.

Əldə olunan razılaşmalara əsasən, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış mühüm sənəd çərçivəsində ölkəmizdə istehsal olunacaq “yaşıl enerji” Qara dənizin dibi ilə Avropaya ötürüləcək. Bununla yanaşı, Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında əldə olunan razılaşmaya görə, bu ölkələrdə istehsal ediləcək “yaşıl enerji” də həmin şəbəkəyə qoşularaq Avropaya ixrac ediləcək.

Oqtay Qasımov

Digər mühüm istiqamət isə işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinin yaradılmasıdır. Artıq bu ərazilərdə istehsal olunan enerji Zəngəzur dəhlizi vasitəsilə Türkiyə üzərindən Bolqarıstana və oradan da digər Avropa ölkələrinə çatdırılacaq.

Bu layihələr yalnız enerji tədarükünün təminatı baxımından deyil, eyni zamanda siyasi və iqtisadi baxımdan da strateji əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bu layihələr ölkəmizə həm siyasi dividendlər, həm də iqtisadi mənfəət gətirəcək. Bu baxımdan Praqa səfəri Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələyə keçidi və Azərbaycanın enerji gündəmindəki rolunun daha da gücləndirilməsi baxımından mühüm mesaj xarakteri daşıyır.

Gözlənti ondan ibarətdir ki, yaxın gələcəkdə qeyd olunan layihələrin icrası daha geniş miqyas alacaq və Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin formalaşmasında əsas oyunçulardan biri kimi mövqeyini daha da möhkəmləndirəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 İyun 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri