Icma.az
close
up
RU
Hacıyevin strategiya sükutu

Hacıyevin strategiya sükutu

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan futbolunun gələcəyinin qeyri-müəyyən olduğu bu dönəmdə sahəyə cavabdehlərin sükutunu görürük. Stadionu, bazası olmayan klub yığını ilə yaxınlaşan Premyer Liqanı hamımız səbrsizliklə gözləyirik. Hər şeyə rəğmən, yaxşı və maraqlı bir çempionat olacağı qənatindəyik.

Amma bir mövzu var ki, xüsusi olaraq “itirilib”, “görünmür” – strategiya planı. Sözü çox uzatmadan dərhal mövzüya keçirik. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev fevral ayında “CBC Sport” kanalının qonağı idi. Qurum rəsmisinin strategiya planı barədə açıqlamasına baxaq:

“Kifayət qədər ambisiyalı strategiya hazırlanıb. Ambisiyalı işlərdən qorxmaq yox, əksinə, bunun üzərinə getmək lazımdır. Ancaq bu işlərin öhdəsindən gələcəyimizə inanırıq və bunun üçün çalışacağıq. Uşaq futbol məktəblərində, kütləvi futbol nəzdində infrastruktur layihələri nəzərdə tutulub”.

Kifayət qədər iddialı açıqlamanın üzərindən 7 aya yaxın bir vaxt keçib. Nəticə isə hər kəsə bəllidir. Ortada HEÇ NƏ yoxdur. Qısa və konkret.

Mövzunu həyata keçməyən və ya ümumiyyətlə, həyatda olmayan strategiya planı ilə davam etdirmək istəmirik. Çünki bu, artıq yorucu görünür.

Maraqlı olan isə S. Hacıyevin qurumdakı aylak davranışlarıdır. İcraçı vitse-prezident kimi yüksək vəzifəsi olan bu adamın fəaliyyəti nədən ibarətdir? Bir ara müsahibə vermək işinə baxırdı. Deyəsən, artıq onu da əlindən aldılar.

Hələ Elxan Məmmədovun vaxtında baş katib vəzifəsinə keçən Hacıyev sabiq AFFA rəhbərliyi barəsində olan neqativ fikirlədən uzaq tutulurdu. İctimaiyyətə “Sərxan yaxşı oğlandır, Elxan imkan vermir” baxışını dürtən icraçı vitse-prezident indi də hazırkı baş katib Cahangir Fərəcullayevi hədəf qoymaq üçün “Cahangir imkan vermir, Sərxan işləsin”lə medianı, azarkeşləri aldatmaq istəyir.

Ümumiyyətlə, S.Hacıyev barədə heç də yaxşı olmayan fikirlər dolaşır. Onun vəzifə uğruna yola çıxdığı yoldaşlarını – yəni sabiq AFFA rəhbərliyini satdığı iddia edilir. Bəli, məhz belə danışılır. Bu iddia futbolumuzun pərdə arxasında mütəmadi olaraq müzakirə edilir.

İndi də bir neçə ay öncə baş katib vəzifəsinə təyin edilən Cahangir Fərəcullayevlə yaxşı münasibətdə olmadığı deyilir. İctimaiyyətə sıranan bu dəfəki görüntüdə də Hacıyev məsum rolundadı. Nə işdirsə, Sərxan bəy həmişə “təmiz” olur.

Bu qədər müddətdir AFFA-da yüksək vəzifədə tutan şəxsin ciddi bir layihəsi gözə dəymir. Ancaq xaosla gündəmdədir. Görünür, icraçı vitse-prezident bu cür daxili çaxnaşmarla AFFA-da yerini qorumaq istəyir. O, fəaliyyətini yaratdığı “kruq” üzərindən ictimaiyyəti aldatmağa həsr edib. Nədənsə işləmək istəyən Hacıyevə kimlərsə daima mane olur.

Azərbaycan futbolunu idarə etməkdə məsul olan şəxslərin fırıldaqla, vəzifə dərdi ilə sərf etdikləri enerji sahəni ağlar günə qoyub. İllərdir eyni xislətdə olan insanlardan futbolumuz heç cür yaxasını qurtara bilmir.

AFFA kimi mötəbər qurumun icraçı vitse-prezidenti barədə gəzən fikirlər hamımızı narahat edir. Biz qurum rəhbərliyindən ölkənin problemli sahəsinə xidmət gözləyirik. Kimliyindən asılı olmayaraq hər kəsə deyirik ki, bura vəzifə mübarizəsi aparıb, kirli niyyətlərin təcrübə ediləcəyi yer deyil. Ya sizə həvalə edilən işin öhdəsindən gəlin, ya da onurunuzla istefa verib gedin.

İdmanxeber.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 14 Avqust 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri