Icma.az
close
up
RU
Hadrut qələbəsi ermənilərin tarixi “Azərbaycanlılar bizə dağlarda qalib gələ bilməz” mifini dağıtmış oldu

Hadrut qələbəsi ermənilərin tarixi “Azərbaycanlılar bizə dağlarda qalib gələ bilməz” mifini dağıtmış oldu

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“44 günlük Vətən Müharibəsinin hər günü, hər anı tarixi qələbəyə doğru apardığı üçün dəyərli və əhəmiyyətlidir. Lakin oktyabrın 9-u - Hadrutun işğaldan azad edilməsi günü 27 sentyabrdan başlayan Zəfər salnaməsində fərqli bir strateji önəmə sahibdir. Belə ki, hərbi-strateji olaraq fortifikasiya olunan Hadrutun düşmən qüvvələrindən azad olunması Şuşaya aparan yolların açılması demək idi. Uzun əsrlər boyu, hələ çarlıq Rusiyası dövrdündən Hadrutda yad hərbi qüvvələrin qərargahı yerləşib. Daha sonra Sovet dövründə Hadrut erməni-rus hərbi birləşmələrinin əsas yerləşmə məntəqəsi olub. Bu strateji yüksəkliyin Azərbaycan Ordusu tərəfindən geri alınması ermənilər üçün sadəcə ərazi itkisi deyildi, həm də psixoloji zərbə idi. Belə ki, Hadrut qələbəsi onların tarixi mifini - “Azərbaycanlılar bizə dağlarda qalib gələ bilməz” mifini dağıtmış oldu. Ümumiyyətlə, Vətən müharibəsi ermənilərin bir sıra miflərini darmadağın etdi. Nəticə olaraq Ermənistan Baş naziri Vətən müharibəsindən 4 il sonra 29,7 min kvadrat kilometrlik “Real Ermənistan” tezisini erməni ictimaiyyətinə təqdim etməli oldu. Bu, Azərbaycanın tarixi ədaləti bərpa edərək yaratdığı geosiyasi reallığın ermənilər tərəfindən qəbul edilməsi demək idi”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki,

Vətən müharibəsində qazandığımız şanlı Zəfər, bundan 3 il sonra, 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçmiş qondarma rejimin tamamilə məhv edilməsi və ərazi bütövlüyümüzün tam olaraq bərpa olunması, suverenliyimizin təmin olunması Azərbaycan ictimai düşüncəsində ciddi transformasiyalarla müşayiət olunmalıdır: “Artıq məğlub kimliyi Qalib kimlik əvəz edir. Artıq Azərbaycan insanı yeni milli ideallara doğru siyasi üfüqlər müəyyən edir. Baş verən proseslər bu tarixi qələbənin tariximizdə tutduğu yeri və zirvəni qorumağı tələb edir”.

Şəhla Cəlilzadə

“Cənab Prezidentin sərəncamı ilə 8 noyabrın Zəfər Günü elan edilməsi Azərbaycan xalqı üçün müqəddəs hesab olunan Şuşanın və ümumilikdə Qarabağın uzun illər boyu məruz qaldığı işğala son verilməsini simvolizə etməklə yanaşı, həm də qələbə hissinin xalqımızın tarixi yaddaşında həkk olunaraq gələcək nəsillərə ötürülməsi, milli birliyin gücləndirilməsi, dövlətimizin və ərazi bütövlüyümüz əbədiliyinin təmin olunması üçün ideoloji amil rolu oynadığını nəzərə alaraq bu günün təntənəli şəkildə qeyd edilməsi böyük əhəmiyyət daşıyır. Zəfər Gününün bayram əhval-ruhiyyəsində keçirilməsi üçün Zəfər bayramı adət-ənənələrinin yaradılması, bu ənənələrin xalqın mədəni yaddaşına hopdurulması vacibdir”-deyən politoloq qeyd edib ki, Zəfər siyasətinin dövlət ideologiyasına çevrilməsi ilə yanaşı Ermənistan tərəfindən törədilən insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinin daima ifşası, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması prosesin vacib hissəsi olaraq qeyd olunmalıdır.

“Nəzərə alsaq ki, Ermənistanda 2026-cı ildə parlament seçkiləri yaxınlaşdıqca revanşist qüvvələrin təbliğat maşını aktivləşməkdədir, hətta Xocalı qatili Koçaryan da seçki marafonuna qoşulub, odur ki, Azərbaycanın bu mərhələdə ideoloji-təbliğat işində önə çıxması, ermənilərin müharibə cinayətlərinin, xüsusilə I Qarabağ müharibəsi dövründə törədilən cinayətlərin dünya ictimaiyyətinə çatdırılması vacib sayılır”-deyən politoloqun fikrincə, bu, Azərbaycan-Ermənistan sülh və etimad quruculuğu tədbirlərinin bir hissəsi olaraq, hazırki Ermənistan hakimiyyəti ilə də koordinasiya oluna bilər.

“Xocalı qatilləri Ermənistan siyasi hakimiyyətinin başında deyil, layiq olduqları yerdə - Hərbi Tribunal qarşısında dayanmalı və tarixi cinayətlərinin cəzasını almalıdırlar. Tomas de Vaalın “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabı üçün intervü zamanı Serj Sarkisyan Xocalı soyqırımı ilə bağlı belə demişdi: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu”-deyə politoloq qeyd edib.

Şəhla Cəlilzadə bildirib ki, Xocalı Soyqırımı başda olmaqla, I və II Qarabağ müharibələri dövründə ermənilərin törətdiyi saysız hesabsız müharibə cinayətləri, o cümlədən 2020-ci ilin oktyabr ayında Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması, Bərdənin, Tərtərin və digər sivil şəhərlərimizin bombalanması, kütləvi məzarlıqların aşkar olunması, indiyədək yüzlərlə hərbçi və mülki şəxslərin minalara düşərək həyatını itirməsi, minlərlə itkin düşmüş şəxslərimizə dair danılmaz faktlar detallı şəkildə vizullaşdırılıb beynəlxalq hüquq instansiyalarına təqdim oluna bilər: “8 avqust 2025-ci il tarixində sülh müqaviləsinin mətninin Vaşinqton razılaşmaları çərçivəsində paraflanması ilə Azərbaycan və Ermənistanın sülh müqaviləsinin imzalanmasından sonra bir-birinə qarşı iddialardan imtina edəcəyi, məhkəmə iddiaları qaldırmayacağı bəlli oldu. Hazırda Azərbaycan Ermənistandakı yanlış stereotipləri dağıdır, regionu məhv edən qüvvələrə qarşı sülh quruculuğunda birliyə çağırır. Hakimiyyəti 1998-ci ildə zorla ələ keçirən Koçaryanın 2020-ci ildən bəri “hərbi çevrilişdən qorxmaq lazım deyil” deməklə etdiyi yeni çağırışlar qarşısında Azəbaycan erməni cəmiyyətinə sülh çağırışları edir. Vətən müharibəsində tarixi qələbə əldə edən Azərbaycan sülhü də qazanacaqdır”.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Oktyabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see309

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see204

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see183

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see167

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see166

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see146

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see136

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri