Icma.az
close
up
RU
Hafiz Mirzağayev: Şahdəniz də üfüqi qazma qaz hasilatı əmsalını artırıb

Hafiz Mirzağayev: Şahdəniz də üfüqi qazma qaz hasilatı əmsalını artırıb

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında üfüqi qazmanın tətbiqi səth müdaxiləsini azaltmağa, laydan qaz hasilatı əmsalını artırmağa və əməliyyat təhlükəsizliyini yaxşılaşdırmağa imkan verib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin törəmə müəsisəsi olan “SOCAR Upstream Operations Management International” şirkətinin HSE prosesləri və prosedurları şöbəsinin rəhbəri Hafiz Mirzağayev Bakıda keçirilən “IADC Drilling Caspian 2025” konfransında deyib.

Onun sözlərinə görə, “Şahdəniz” dünyanın ən böyük dəniz qaz yataqlarından biridir, lakin onun işlənməsi bir sıra çətinliklərlə müşayiət olunur: "Bunlara Xəzər dənizinin nadir flora və fauna növlərini əhatə edən həssas ekosistemi, şelfdəki mürəkkəb iş şəraiti, qaz hasilatının yüksək maya dəyəri və ciddi ekoloji tələblər daxildir.

H.Mirzağayev vurğulayıb ki, üfüqi qazma texnologiyasının tətbiqi bir dəniz platformasından bir neçə quyu qazmağa imkan verib. Bu yanaşma əlavə obyektlərin tikintisi zərurətini azaltdığından dəniz mühitinə təsiri minimuma endirib.

O əlavə edib ki, təhlükəsizlik və səmərəliliyin artırılması üçün real vaxt rejimində monitorinqi təmin edən IoT sensorları və qabaqcıl qazma alətlərindən geniş istifadə olunub.

“Əsas nəticələr arasında şaquli qazma ilə müqayisədə səth müdaxiləsinin 40 % azalması, laylarla təmasın optimallaşdırılması hesabına qaz hasilatı səviyyəsinin artması və sistemlərin proqnoz monitorinqi vasitəsilə əməliyyat təhlükəsizliyinin yaxşılaşdırılması var”, - deyə H. Mirzağayev bildirib.

Qeyd edək ki, “Şahdəniz” yatağında qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb. Hazırda yataqda qaz və kondensat hasilatı “Mərhələ-1” çərçivəsində "Shah Deniz Alpha" platformasından, “Mərhələ-2” çərçivəsində isə "Shah Deniz Bravo" platformasından həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://report.az
archiveBu xəbər 07 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri