Icma.az
close
up
RU
Üfüqi monitorinq

Üfüqi monitorinq

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, bu ildən Azərbaycanda üfüqi monitorinqin tətbiqinə start verilib. Vergi sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilən bu mexanizm vergi ödəyiciləri ilə dövlət orqanları arasında qarşılıqlı nəzarət, məlumat mübadiləsi və şəffaflıq əsasında əməkdaşlıq formatı yaradacaq. Bu sistem yoxlamasız nəzarət deməkdir. Hazırda vergi orqanının əməkdaşları monitorinq aparmaq üçün müəssisəyə gəlir, sənədlər toplayırlar. Nəticədə yoxlama prosesi bəzən bir neçə ayadək uzanır. Dəyişiklikdən sonra isə hər şey elektron şəkildə, real vaxtda izlənəcək. Beləcə, vergi orqanı şirkətin məlumatlarına elektron formada baxacaq, sahibkar isə prosesi mütəmadi şəkildə izləyə biləcək. Bu, həm şəffaflıq yaradır, həm də sahibkarı gözlənilməz yoxlamalardan qoruyur.

Üfüqi monitorinqin əsas məqsədi vergilərin düzgün hesablanması, vaxtında və tam şəkildə ödənilməsinə nəzarətin daha müasir və effektiv formada aparılmasıdır. Eyni zamanda, bu sistem ənənəvi vergi yoxlamalarından fərqli olaraq, vergi ödəyiciləri ilə daimi və operativ əlaqə modeli qurmağı nəzərdə tutur.

Üfüqi monitorinq modeli ilk dəfə Niderlandda 2005-ci ildə tətbiq olunub və sonradan Avstraliya, İrlandiya, Danimarka, Yaponiya və Norveç kimi ölkələrdə vergi sistemlərinin əsas komponentlərindən birinə çevrilib. Bu sistemin məqsədi dövlət orqanları ilə biznes arasında qarşılıqlı etimadın qurulması və könüllü vergi intizamının təşviq edilməsidir. Ənənəvi audit yanaşmalarından fərqli olaraq, üfüqi monitorinq qarşılıqlı şəffaflıq, risklərin əvvəlcədən aşkarlanması və ortaq məsuliyyət prinsipinə əsaslanır. Bu, həm dövlətin nəzarət yükünü azaldır, həm də biznes mühitində proqnozlaşdırıla bilənlik yaradır.

Azərbaycan üçün bu modelin tətbiqi xüsusilə iri və orta sahibkarlıq subyektləri üçün mühüm əhəmiyyət daşıyır. Çünki yeni qaydalara əsasən, üfüqi monitorinqə yalnız müəyyən texnoloji və institusional tələbləri qarşılayan şirkətlər daxil ola biləcəklər. Mühasibat uçotunun avtomatlaşdırılmış proqram təminatı ilə aparılması və daxili nəzarət sistemlərinin tətbiqi bu prosesin əsas şərtlərindəndir. Bu, bir tərəfdən rəqəmsal transformasiyanın sürətlənməsinə, digər tərəfdən isə biznesin daxili idarəetmə standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılmasına təkan verəcək. Beləliklə, üfüqi monitorinq həm fiskal intizam, həm də korporativ mədəniyyət baxımından müsbət təsir potensialına malikdir.

İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, bu sistem vergi risklərini vergi orqanına əvvəlcədən açıqlamaq imkanı yaradır. Bu isə o deməkdir ki, səyyar vergi yoxlamalarının keçirilməsi yalnız istisna hallarda mümkün olacaq: "Praktik olaraq, yeni qaydalar səyyar yoxlamaların sayını daha da minimumlaşdıracaq. Bütövlükdə, son illər səyyar yoxlamaların sayının azalması müşahidə olunur. 2024-cü ildə 800 mindən çox aktiv vergi ödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb. Səyyar yoxlamaların sayı 2023-cü illə müqayisədə 29 faiz, 2018-ci ilə nisbətən isə 5 dəfə azalıb. Yeni monitorinqdə vacib məqamlardan biri də bəzi hallarda maliyyə sanksiyalarının tətbiq olunmamasıdır. Yeni dəyişikliklərə əsasən, risklər əvvəlcədən vergi orqanına açıqlanıbsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Yalnız açıqlanmayan risklər vergi orqanı tərəfindən aşkar edildikdə 25 faiz maliyyə sanksiyası tətbiqi nəzərdə tutulur. Vergi orqanı "üfüqi monitorinq"in əhatə etdiyi dövr ərzində təqdim edilən məlumatları elektron formada izləyəcək. Yeni sistemin əsas üstünlüyü əvvəlcədən məsləhətləşmə mexanizmi ilə vergi risklərinin azaldılmasıdır. Maliyyə intizamının və korporativ idarəetmənin yaxşılaşmasına xidmət edəcək "üfüqi monitorinq" iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanı azalan qalıq və ya düz xətt metodu ilə hesablamaq seçiminin verilməsi də nəzərdə tutulur".

Millət vəkili bildirib ki, avtomatlaşdırılmış uçotu aparan və daxili nəzarət sisteminin tətbiq edən orta və iri sahibkarlar "üfüqi monitorinq"ə qoşula bilərlər. Bu, həmçinin orta və iri ödəyicilərlə vergi orqanları arasında şəffaf əməkdaşlıq mexanizmi kimi xarakterizə olunur.

Azərbaycan iqtisadiyyatında son illərdə rəqəmsallaşma, vergi inzibatçılığının sadələşdirilməsi və şəffaflığın artırılması istiqamətində görülən tədbirlər fonunda üfüqi monitorinq bu siyasətin növbəti mərhələsi kimi çıxış edir. Bu, həm də dövlətin vergi sisteminin beynəlxalq standartlara inteqrasiyası və riskə əsaslanan idarəetmə mexanizmlərinə keçidini göstərir. Bu modelin uğurlu tətbiqi nəticəsində vergi sisteminin çevikliyi və biznesin hesabatlılıq səviyyəsi yüksələr, eyni zamanda, dövlətin fiskal dayanıqlığı daha da güclənər.

İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, üfüqi monitorinqə qəbul edilən vergi ödəyicilərində monitorinqlə əhatə olunan hesabat dövrləri üzrə səyyar və kameral vergi yoxlamaları keçirilməyəcək. Üfüqi monitorinqin predmeti vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarətdən ibarətdir. Transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə olunan gəlirlər üzrə müvafiq məlumatların araşdırılması digər vergi nəzarəti tədbirləri ilə aparılır və üfüqi monitorinqlə əhatə edilməyəcək. İlk növbədə bu sistemə qoşulan şirkətlər vergi yoxlamasından böyük ölçüdə azad olacaqlar. Belə ki, monitorinqdə olan şirkətlərdə səyyar və kameral yoxlamalar aparılmayacaq. Yalnız istisna hallarda - transfer qiymətləri və xaricdən gələn məlumatlar üzrə yoxlamalar aparıla bilər. Eyni zamanda, həmin şirkətlər sanksiyalarda azadolma imkanı da qazanacaq. Yəni riskləri əvvəlcədən açıqlayan sahibkara maliyyə sanksiyası tətbiq olunmayacaq: "Üfüqi monitorinq klassik vergi yoxlamalarından fərqli olaraq, vergi orqanı ilə vergi ödəyicisi arasında qabaqlayıcı və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelidir. Burada əsas məqsəd sonradan cərimə və sanksiyalar tətbiq etmək deyil, riskləri əvvəlcədən görmək və problemləri vaxtında aradan qaldırmaqdır. Üfüqi monitorinq zamanı vergi ödəyicisi öz maliyyə və vergi məlumatlarını daha açıq və şəffaf şəkildə vergi orqanı ilə paylaşır. Vergi orqanı isə bu məlumatları təhlil edir, riskləri qiymətləndirir və mümkün uyğunsuzluqlar barədə vergi ödəyicisini əvvəlcədən məlumatlandırır. Bununla da tərəflər arasında daimi dialoq formalaşır və mübahisəli məsələlər böyümədən həll edilir. Vergi orqanları üçün isə üfüqi monitorinq resursların daha səmərəli istifadəsinə imkan yaradır. Riskli sahələrə fokuslanmaq, könüllü vergi intizamını gücləndirmək və kölgə iqtisadiyyatını azaltmaq bu modelin əsas üstünlüklərindəndir".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qriqoryan Şirvanzadə məktəbində səs verdi Divarların vəziyyəti müzakirə mövzusu oldu

07 İyun 2026 20:15see332

Naxçıvanda kanalda boğulan Elmir tanınmış dirijorun oğlu imiş FOTO

07 İyun 2026 14:39see234

Nişanından bir ay keçməmiş həbs olundu

06 İyun 2026 21:50see198

NATO nun beş ölkəsi Latviyada HHM təlimləri keçirib

06 İyun 2026 21:29see188

Kəpəz futbolçu seçimi etdi FOTOLAR

06 İyun 2026 21:00see186

Şimşək, yağış, dolu

06 İyun 2026 17:13see184

Hacı Nuran: Bu il maşınını nümayiş etdirmək istəyən hər kəs festivala qoşulub

06 İyun 2026 18:12see180

“İcbari sığorta bürosu”nun beynəlxalq uğuru

06 İyun 2026 14:51see174

Bakıda plan dəyişir: Söküntülər bu əraziləri əhatə edəcək

06 İyun 2026 18:53see172

Ev heyvanı ilə yatanların nəzərinə

06 İyun 2026 19:55see171

II Liqa üçün pley off oyununun vaxtı məlum oldu

06 İyun 2026 21:34see167

Hər gün saç daramaq saç tökülməsinə səbəb olur?

06 İyun 2026 20:55see164

Sosial şəbəkələrdə yayılan görüntülər insanları təşvişə saldı VİDEO

06 İyun 2026 21:03see161

Hansı qidalar diabetin qarşısını almağa kömək edir...

06 İyun 2026 21:35see160

Macarıstanla bank əməkdaşlığı

06 İyun 2026 14:51see155

Azərbaycanın ABŞ a ixracı 15 faizdən çox artıb

06 İyun 2026 21:41see154

Bu şəxslərin beyni daha gec YAŞLANIR

08 İyun 2026 02:03see154

Media sənayesində əhəmiyyətli dəyişikliklər gözlənilir...

07 İyun 2026 20:55see151

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

07 İyun 2026 19:45see146

Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı

06 İyun 2026 20:33see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri