Icma.az
close
up
RU
Hafiz Paşayev: 44 günlük müharibə hər şeyi həll etdi və Azərbaycan xalqına yeni kimlik qazandırdı

Hafiz Paşayev: 44 günlük müharibə hər şeyi həll etdi və Azərbaycan xalqına yeni kimlik qazandırdı

Icma.az xəbər verir, Aznews.az saytına əsaslanaraq.

44 günlük müharibə hər şeyi həll etdi və Azərbaycan xalqına yeni kimlik qazandırdı.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə ADA Universitetinin rektoru Hafiz Paşayev Qarabağ Universitetində keçirilən “Yeni Dünya Nizamına Doğru” mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumunda danışıb.

O qeyd edib ki, Qarabağ Azərbaycan üçün hər zaman çox böyük və vacib məsələ olub:

“Bəzi məsələlərə toxunmaq istəyirəm. Onların içərisində birinci sırada Qarabağ məsələsi dayanır. Vaşinqtonda səfir olduğum dövrdə bu məsələ çox önəmli idi, həmişə önəmli olub. Bu, əlbəttə, çox şərəfli bir vəzifə idi, amma eyni zamanda, mənim üçün şəxsi baxımdan çətin qərar idi.

Vaşinqtondakı xarici ölkə səfirlərinin çoxu Konqresə belə getmirdi. Ancaq onların Konqreslə ciddi məsələləri olmasa da, Azərbaycanın var idi. Ən böyük məsələ təbii ki yenə də Ermənistanla Azərbaycan arasında olan Qarabağ münaqişəsi idi. Bu səbəbdən, vaxtımın çox hissəsini Konqresdə keçirirdim”.

H.Paşayev səfir olduğu dövrdə üzləşdiyi çətinliklərdən də bəhs edib:

“Vaşinqtonda olduğum müddətin sonunda başa düşdüm ki, görülən işlərin bəzən faydası olmur. Çünki Konqresin hansısa üzvünü məlumatlandırırsan, onu maarifləndirirsən, iki ildən sonra o vəzifədən gedir, təqaüdə çıxır, yerinə başqası gəlir və hər şeyə yenidən başlamaq lazım gəlirdi. Mən heç vaxt təsəvvür etməzdim ki, bu problemi xalqımız üçün böyük qürur mənbəyinə çevriləcək şəkildə həll edəcəyik”.

Rektor vurğulayıb ki, 44 günlük müharibə haqqında danışılan məsələni kökündən həll etdi və Azərbaycan xalqına yeni kimlik qazandırdı:

“İndi biz Qarabağ Universitetindəyik. Bizim dirçəlişimizə başlamaq üçün bu şəhərdən - Xankəndidən daha yaxşı bir yer ola bilərmi? Vaxt keçdikcə Xankəndidə nə baş verdiyini görmək üçün daha çox insan buraya gələcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 08 Aprel 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see132

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see131

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see131

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see128

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see128

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see127

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see123

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see123

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see122

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see120

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see119

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see119

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see117

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see116

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see113

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see113

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see113

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see112

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see111

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri