Hafiz Paşayev: ADA Siyasi Forumu iştirakçı ölkələrin nümayəndələri arasında mühüm əlaqələrin qurulmasına imkan yaradacaq
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Xankəndi, 8 aprel, AZƏRTAC
Şanlı Qələbəmiz xalqımız üçün qürurlu 44 gün günlük döyüş, azadlıq, böyümə, yeni şəxsiyyətlərin yaranması baxımından fürsət oldu. İndi biz Qarabağ Universitetdəyik. Bundan yaxşı nə ola bilər. ADA Universitetini bugünkü konfransda təmsil etmək çox qürurvericidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universitetinin rektoru Hafiz Paşayev Xankəndidə yerləşən Qarabağ Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən 7-ci ADA Siyasi Forumundakı açılış nitqində deyib.
Hafiz Paşayev qeyd edib ki, bu konfrans iştirakçı ölkələrin nümayəndələri arasında mühüm əlaqələrin qurulmasına imkan yaradacaq. “Bu gün belə bir mötəbər tədbirin iştirakçıları olan bizim üçün çox önəmli gündür. Bu Forumun Qarabağ Universitetində keçirilməsi mühüm əhəmiyyət daşıyır. Biz bu gün Azərbaycanımızın adına sevinirik, lakin mən həm də rəhbərlik etdiyim universitetin adına çox sevincliyəm”, - deyən rektor vurğulayıb ki, tədbirdə müxtəlif ölkələrdən olan nümayəndələr iştirak edir. Bu amil iştirakçı ölkələr arasında mühüm əlaqələr yaratmaq baxımından da çox önəmlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 08 Aprel 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















