Hakan Çalhanoğlunun menecerindən Qalatasaray iddialarına cavab
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hakan Çalhanoğlunun meneceri Qordon Stipic futbolçunun gələcəyi və "Qalatasaray"a keçəcəyi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib. Sport24.az xəbər verir ki, menecer ümumilikdə bu cür iddiaları şərh etməyi sevmədiyini bildirsə də, bu dəfə məsələyə nöqtə qoymağın vacib olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Hakan Çalhanoğlu hazırda "İnter" ilə 2027-ci ilə qədər müqaviləyə sahibdir və həm İtaliyada, həm də klubunda özünü çox xoşbəxt hiss edir.
Stipic "cim-bom"la bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini xüsusi qeyd edib:
"Keçmişdə də bu tip iddialar ortaya atılıb və indi yenidən gündəmdədir. Lakin həqiqət budur ki, nə ötən yay, nə də yanvarda "Qalatasaray"la heç bir danışıqlar aparılmayıb. Heç bir rəsmi maraq və ya sorğu olmayıb".
Menecer həmçinin futbolçunun diqqətini tam olaraq hazırkı klubuna yönəltdiyini bildirib. Onun sözlərinə görə, Çalhanoğlu komandanın uğurları, çempionluq mübarizəsi və qarşıdan gələn dünya çempionatı barədə düşünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 15 Aprel 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















