Hakan Fidan və Blinken arasında telefon danışığı
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında deyib ki, PKK və İŞİD terror təşkilatlarının Suriyadakı xaosdan istifadə etməsinə imkan verilməməlidir. Məlumatı “Anadolu” yayıb.
Söhbət zamanı Suriyadakı son hadisələr nəzərdən keçirilib. Nazir Fidan əvvəlki səhvlərin təkrarlanmamasının vacibliyini qeyd edərək, indiki mərhələdə rejimin realist davranmalı, müxalifətlə dialoq qurmalı və siyasi prosesə başlamalı olduğunu və regionun bütün oyunçularının bu istiqamətdə konstruktiv rol oynamalı olduğunu vurğulayıb.
Türkiyənin xarici işlər naziri dövlət katibinə bildirib ki, rejimin kimyəvi silahdan istifadə təhlükəsini zərərsizləşdirmək üçün lazımi tədbirlərin görülməsinin faydalı olduğunu vurğulayıb.
Bölgəyə humanitar yardımın çatdırılmasının vacibliyini qeyd edən Fidan Türkiyənin bu məsələdə lazımi dəstək verdiyini əlavə edib.
P.ƏMİRCANOV
XQ
Baxış sayı:99
Bu xəbər 07 Dekabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















