Icma.az
close
up
RU
Hakim 245 min manatlıq torpağı necə alıb? SAHİBƏ HACIYEVA HAQDA ŞOK İDDİALAR

Hakim 245 min manatlıq torpağı necə alıb? SAHİBƏ HACIYEVA HAQDA ŞOK İDDİALAR

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Xətai Rayon Məhkəməsinin gənc hakimi Hacıyeva Sahibə Cavid qızı barəsində “Hürriyyət”in redaksiyasına şok faktlar daxil olub. Müəyyən səbəblərdən adının açıqlanmasını istəməyən mənbə iddia edir ki, Sahibə Hacıyeva Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində 500 kv.m torpaq sahəsi və üzərində yerləşən tikili alıb. Bakı şəhəri, 43 saylı notariat ofisində sənədləşdirilən bu torpağın ümümi dəyəri 245 min manatdır.

Maraqlıdır ki, sözügedən alqı-satqı müqaviləsinin qanunsuz olduğu bildirilir. Belə ki, 43 saylı notariat ofisinin Xüsusi notariusu Qurbanov Elşən Bəhmən oğlu torpaq sahəsinin çıxarışı olmadan, bələdiyyə sənədi əsasında sözügedən müqaviləni həyata keçirib. “Belə çıxır ki, ədliyyə işçiləri - həm adıçəkilən notarius, həm də hakim qanunun üstündən keçiblər”, - deyən mənbə əlavə edir:

“Futbolda futbolçu oyundankənar vəziyyət aldığı kimi, notarius Elşən Qurbanov və Xətai Məhkəməsinin hakimi Sahibə Hacıyeva da vəzifə səlahiyyətlərinə güvənərək, qanundan kənara çıxıblar. Görünür, “kəndxudanı gör, kəndi çap-tala” prinsipinə əsaslanıblar”.

Ədliyyə naziri Fərid Əhmədova müraciət edən mənbə bildirir: “Üzümüzü Ədliyyə naziri Fərid Əhmədova tutaq. Görək, bu vəziyyətə hüquqi qiymət veriləcək? Deyirik ki, ölkədə dolanışıq yoxdur. Yoxdursa, hələ cavan hakim indidən 245 min manata torpaq sahəsini necə alır?! Deməli, vəziyyət heç də pis deyil. Bilsəydik, o vaxt hakimlik oxuyardıq, bu gün kirayələrdə yaşamazdıq”.

Mənbə sonda onu da vurğulayır ki, sözügedən hakimin həyat yoldaşı özünü hər yerdə Prezidentin Təhlükəsizlik Xidmətinin sabiq rəisi Bəylər Eyyubovun adamı kimi təqdim edir: “Əldə etdiyimiz məlumata əsasən, hakim xanımın həyat yoldaşı Göygöl rayonunda şərab işinə baxır. Özünün dediyinə görə, Bəylər Eyyubovla çox yaxındır və ona güvənir”.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:398
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Sentyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri