Icma.az
close
up
RU
Sabiq rəis 2,5 milyon rüşvət almaqda ittiham olunur

Sabiq rəis 2,5 milyon rüşvət almaqda ittiham olunur

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrlik etdiyi prosesdə məhkəmə istintaqının başladığı elan olunub.

Dövlət ittihamçısı bildirib ki, M.Cəlilov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi kimi çalışdığı dövrdə 1159 nəfərdən ayrı-ayrılıqda hərbi xidmətə yararsız və ya möhlət verilməsi üçün ümumilikdə 2 milyon 464 min manat rüşvət alıb. Bununla yanaşı, o, rəis kimi 10 nəfərdən qanunsuz olaraq rüşvət alaraq onları işlə təmin edib və ya iş yerlərini dəyişib.

Bu minvalla M.Cəlilov vətəndaşlardan 122 min manatdan çox rüşvət alıb.

Daha sonra məhkəmədə təqsirləndirilən şəxs Mirzə Cəlilov ifadə verib. O bildirib ki, 2020-ci ildə rəis təyin olunarkən muxtar respublikada fəaliyyət göstərən qurumun digər idarələrinin rəisləri ilə görüş keçirib, tapşırıqlar verib: "Ümumiyyətlə, hərbi xidmətə yararsız olanlar barədə aktları həkimlər verirdi. Mən bu müddətdə heç kimdən pul almamışam. Əlbir olunan şəxslər deyilir, ancaq indi tək ittiham olunuram. Onların heç birini burada görmürəm. Bu, əvvəldən qoyulmuş qanun idi, hər rayon rüblük olaraq məlumat verirdi. Qeyd etdiyim kimi, ilk iclasda rayon idarə rəisləri bildirdi ki, qayda belə olub əvvəldən də. Mən ümumiyyətlə, heç kimə göstəriş verməmişəm ki, kimdənsə pul alın. Hər rübün sonunda idarə rəisləri pulları siyahı ilə mənə gətirib verirdilər".

Mirzə Cəlilov ifadəsində bildirib ki, yığılan puldan daha sonra idarə rəislərinə də verilib:

"Yığılan pulun 10 faizi sonradan onlara verilirdi. Mən isə çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam. Qanunsuz möhlətlər həkim rəyləri əsasında verilirdi".

Məhkəmədə M.Cəlilov qanunsuz olaraq işə götürülən işçilər barədə deyib ki, onlar əvvəlcə xidmətə müraciət ediblər:

"İşə düzəlmək istəyən şəxslərin sənədləri ilə tanış olduqdan sonra sənədlər Ali Məclisə göndərilirdi. Orada təsdiqlənəndən sonra həmin şəxslər işə qəbul edilirdi".

Mirzə Cəlilov ifadəsində qeyd edib ki, o, rüşvət alan yox, rüşvət verən olub:

"Rayon rəisləri ilə görüşdən sonra lazım olan adama zəng etdim, dedi köməklik göstərin. Mən heç kimdən rüşvət almamışam, sistem belə idi. Heç kim də əlimdə rüşvət tutmayıb".

Daha sonra şahidlərin ifadələri dinlənilib. Şahidlər bildiriblər ki, M.Cəlilov rəis təyin olunandan sonra akt zalında görüş keçirib və orada alınacaq pulların miqdarını açıqlayıb. Belə ki, bir illik möhlət üçün 1800 manat, 3 illik təkrar müayinədən keçmək üçün 3000 manat, hərbi xidmətə yararsız bilet üçün isə 5000 manat ödənilməlidir. Yığılan pulların 10 faizi isə rayon şöbə rəislərinə verilirdi.

Şəhər və rayon şöbə rəislərindən A.Aqilov həmin müddət ərzində M.Cəlilova 620 min manat, Q.Şükürlü 117 min manat, H.Nacafov isə 350 min manat pul vərdiklərini bildiriblər. Onlar pulları şəxsən Mirzə Cəlilovun otağında siyahı halında ona verdiklərini qeyd ediblər.

Məhkəmə növbəti iclası gələn il yanvarın 10-na təyin olunub.

Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə təqsirləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Dekabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri