Hakim “Gürcü ArzusuDemokratik Gürcüstan” partiyası parlament seçkilərində 89 mandat qazanıb AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Tbilisi, 16 noyabr, AZƏRTAC
Oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin yekun nəticələrinə əsasən, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası on birinci çağırış Gürcüstan parlamentində 150 mandatdan 89-nu qazanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının seçkilərlə bağlı noyabrın 16-da keçirilən sonuncu iclasında məlumat verilib. MSK-nın yekun protokoluna görə, qalan 61 mandatdan 19-na “Dəyişiklik üçün Koalisiya”, 16-sına “Birlik - Milli Hərəkat”, 14-nə “Güclü Gürcüstan”, 12-nə isə “Qaxariya Gürcüstan üçün” partiyaları sahib olublar.
Bununla da Gürcüstanın hakim partiyası rekord nəticə ilə - seçicilərin təxminən 54 faizinin dəstəyini alaraq dördüncü dəfə hökumətdə qalmağa nail olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 16 Noyabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















