Hakkaridə qarın qalınlığı 5 metrə çatdı Fotolar
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Türkiyədə Hakkarinin Yüksekova rayonunda bəzi yüksəkliklərdə qarın qalınlığı 5 metrə çatıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2000 metrdən yüksəkdə yerləşən hərbi baza ərazisinə çıxışı təmin edən yollar qrupların gərgin çalışması ilə açılmağa başlayıb.
Yüksekovadan təxminən 40 kilometr məsafədə yerləşən Onbaşılar kəndinin Çobanpınar ərazisindəki hərbi baza yolunda, 2135 metr yüksəklikdə, son qar yağışı bəzi yerlərdə 5 metr qalınlığında qar yığılıb.
Yüksəkova Rayon Xüsusi İdarə qrupları yolun nəqliyyata açılması üçün işə başlayıb. Qar təmizləmə əməliyyatları fasiləsiz davam edir, açılmış yolda isə bəzi yerlərdə qar tunelləri əmələ gəlib.
Beş gün davam edən işlər nəticəsində ümumi 6 kilometrlik yolun 3 kilometri artıq nəqliyyata açılıb, qalan hissədə isə işlər davam edir.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 06 May 2026 06:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















