Halil Atlı: Əsas hədəfimiz pley off mərhələsinə yüksəlməkdir
Icma.az, Fanat saytına istinadən bildirir.
"Gəncə" basketbol klubu Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəlməyə köklənib.
Fanat.Az xəbər verir ki, bunu baş məşqçi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Lənkəran"la matçı dəyərləndirib.
"Komandamı qələbə münasibətilə təbrik edirəm. Oyunda bütün basketbolçulara şans verməklə, hər kəsin bu işin bir parçası olmasına çalışdıq. Eyni zamanda, əsas rotasiyada yer alan oyunçularımızı qorumaq istədik. Cəmi iki gün sonra səfərdə qarşılaşacağıq. Həmin matçı da qazanıb, əsas hədəfimiz olan pley-off mərhələsinə köklənəcəyik".
Qeyd edək ki, Gəncə Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada ev sahibləri 91:55 hesablı qələbə qazanıblar.
Baxış sayı:91
Bu xəbər 04 Aprel 2026 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















