Hamburq limanında bərənin qəzaya uğraması nəticəsində 11 nəfər xəsarət alıb AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Berlin, 20 yanvar, AZƏRTAC
Almaniyanın Hamburq şəhər limanında bərənin qəzaya uğraması nəticəsində 11 nəfər xəsarət alıb.
AZƏRTAC “Tagesschau”ya istinadla xəbər verir ki, xəsarət alanların birinin vəziyyəti ağırdır.
Hadisə göyərtəsində 25 nəfərin olduğu “Övelgönne” bərəsinin limanda konvoyla toqquşması nəticəsində baş verib. Şiddətli toqquşma nəticəsində bərəyə ciddi ziyan dəyib.
Qəzadan dərhal sonra hadisə yerinə gələn xilasedicilər bərədəki sərnişinləri və heyət üzvlərini təxliyə ediblər.
Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu ehtimal edilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:Hamburq limanında güclü yanğın
25 Avqust 2025 20:41
Hamburq limanında bərə qəzaya uğradı Yeni Çağ Media
20 Yanvar 2025 21:49
Hamburq limanında yanğın baş verib, xəsarət alanlar var
25 Avqust 2025 22:38
Meksikada avtobusun qəzaya uğraması nəticəsində 8 nəfər ölüb AZƏRTAC
28 Dekabr 2024 10:48
Baxış sayı:155
Bu xəbər 20 Yanvar 2025 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















