Icma.az
close
up
RU
Hamı 10 il əvvəlki fotosunu paylaşır Bəs Azərbaycanda nələr olmuşdu?

Hamı 10 il əvvəlki fotosunu paylaşır Bəs Azərbaycanda nələr olmuşdu?

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Dünyada 10 il keçmişə - 2016-cı ilin mədəniyyətinə, modasına, musiqisinə və sosial media ənənələrinə qayıdış trendi yaranıb. İnsanlar sosial platformalar üzərindən 10 il əvvəlki fotolarını, statuslarını paylaşaraq indiki ilə müqayisə edirlər. Azərbaycanda da bu trendin kifayət qədər geniş yayıldığını nəzərə alaraq 10 il əvvəlki hadisələrə nəzər saldıq. 

“Qafqazinfo” xəbər verir ki, 2016-ci il Azərbaycanın iqtisadi, siyasi, sosial, mədəni, idman həyatında baş vermiş bir sıra mühüm hadisələrlə yadda qalıb. 

Aprel döyüşləri

Azərbaycan və Ermənistan arasında 22 ilə yaxın imzalanan atəşkəs 2016-cı ilin 2 aprel tarixində pozulub. Aprelin 5-dək davam edən dördgünlük döyüşlər zamanı ordumuz bir sıra strateji nöqtələri azad edib, Lələtəpə yüksəkliyinə nəzarəti ələ keçirib. Döyüşlərin gedişində Ermənistan silahlı qüvvələrinin çox sayda canlı qüvvəsi və texnikası məhv edilib. 100-ə yaxın hərbi qulluqçumuz qəhrəmancasına şəhid olub. Onların arasında əfsanəvi hərbçilər -  Azərbaycanın Milli Qəhrəmanı gizir Pəncəli Teymurov, Azərbaycanın Milli Qəhrəmanı polkovnik–leytenant Murad Mirzəyev, polkovnik Vüqar Yusifov, polkovnik–leytenant Raquf Orucov var.

TAP-ın təməli qoyuldu

Həmin ilin vacib hadisələrindən biri Trans-Adriatik boru kəməri - TAP-ın təməlinin qoyulması ilə bağlıdır. Təməlqoyma mərasimi mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçirilib. “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən Azərbaycan qazı Avropaya nəql edilir. Bu ilin ilk günlərində açıqlanan məlumata görə, TAP boru kəməri ilə indiyədək “köhnə qitəyə” 54 milyard kubmetrdən çox qaz nəql edilib.

İlk Formula 1 keçirildi

2016-cı ildə Azərbaycan bir sıra mötəbər idman tədbirlərinə ev sahibliyi edib. İlk dəfə məhz həmin ildə Formula 1 idman yarışı Bakıda baş tutub. İyunun 17-19-da paytaxtımızda Formula-1 Avropa Qran-pri yarışları keçirilib. Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsi olan Bakı Qran-prisini 187 ölkədən 500 milyon tamaşaçı izləyib. Yarışlar “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb.

Yeni stansiyalar açıldı

Həmin il Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları açılıb. Metronun yeni stansiyalarının açılışı aprelin 19-da Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

ANS bağlandı

Türkiyədə 15 iyul tarixində baş verən dövlət çevrilişinə cəhddən sonra Azərbaycanda da Fəthullah Gülən hərəkatı ilə əlaqəsi olduğu ehtimal edilən şəxslər həbs olunublar. Hadisədən bir neçə gün keçmiş ANS TV-nin ABŞ müxbirinin Gülənin mətbuat konfransına qatıldığı haqda məlumat yayıldıqdan sonra qurumun efir yayımı dayandırılıb. Milli Televiziya və Radio Yayım Şurası qərarını “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək” məqsədilə verildiyini bəyan etdikdən sonra məhkəmə qaydasında telekanalın lisenziyasına xitam verilib.

Referendum keçirildi

Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər referenduma çıxarılıb və qəbul edilib. Sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində ölkə üzrə qeydə alınmış 5 milyon 276 min 111 seçicinin 3 milyon 671 min 707-si, yəni, 69,7 faizi iştirak edib. Konstitusiyaya edilən dəyişikliklərə əsasən, Azərbaycan Prezidentinin səlahiyyət müddəti beş ildən yeddi ilədək artırılıb, ölkədə Birinci vitse-prezident və vitse-prezidentlər vəzifələri təsis olunub. Həmçinin Prezident və deputat seçilmək üçün müvafiq olaraq 35 və 25 yaş məhdudiyyətləri aradan qaldırılıb. Ümumilikdə, Konstitusiyanın 23 maddəsində dəyişiklik edilib, Əsas Qanuna 6 yeni maddə əlavə edilib.

Qaz və elektrik enerjisi ödənişləri üçün differensiallaşmış tarifə keçildi

2016-cı ilin noyabrın 28-də Tarif Şurasının qərarı ilə Azərbaycan ilk dəfə təbii qaz və elektrik enerjisi ödənişləri üçün differensiallaşmış tarifə keçib. Yeni tarifə əsasən, ay ərzində istifadə ediləcək təbii qazın məbləği 12 manat 50 qəpiyi keçirsə, əlavə istifadə edilən təbii qazın hər bir kub metri üçün 100 faiz əlavə ödəniş nəzərdə tutulub. Elektrik enerjisi üçün isə aylıq sərfiyyat 17 manat 50 qəpiyi keçirsə, əlavə sərf edilən enerjinin bir kilovat-saatı üçün 57 faiz artıq ödəniş nəzərdə tutulurdu. Dekabrın 22-də verilən yeni qərarla təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, elektrik enerjisinin həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırıldı. Başqa sözlə desək, təbii qazın istifadəsinin aylıq limiti 14 manat 20 qəpik, elektrik enerjisinin isə 21 manat olub. 

Cahangir Hacıyevə 15 il iş verildi

2016-cı il kriminal hadisələr və səs-küylü məhkəmə işləri ilə də yadda qalıb. İlin ən aktual məhkəmə qərarlarından biri Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin işi ilə bağlıdır. Məhkəmə həmin ilin oktyabrında yekunlaşıb və kollegiyanın hökmü ilə Cahangir Hacıyev 15 il azadlıqdan məhrum edilib. Beynəlxalq Banka dəyən maddi ziyana görə Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutulub banka ödənməsi, həmçinin “AqrarKredit” ASC-nin xeyrinə 7 milyon manat tutulub verilməsinə qərar verilib. 

Rövşən Lənkəranski öldürüldü

Rövşən Lənkəranski kimi tanınan “qanuni oğru” Rövşən Canıyevin qətli də həmin ilin kriminal hadisələrindən sayılır. Kriminal avtoritet 2016-cı il avqustun 18-də Türkiyədə qətlə yetirilib. İstanbulda hoteldən çıxdıqdan sonra avtomobili pusquya salınan Canıyevin özü ilə bərabər, sürücüsü də güllələnib. 

Neft daşlarında növbəti qəza

15 dekabrda N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin 150 metrlik estakadası çöküb. Estakadanın təxminən 150 metr hissəsində olan 10 nəfər suya düşüb. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Onları itirmişik

2016-cı ildə vəfat etmiş tanınmışlar da az deyil. Ümummilli Lider Heydər Əliyevin qardaşı, eks-deputat Cəlal Əliyev, Xalq artisti İlhamə Quliyeva, Xalq artisti Oqtay Zülfüqarov, Xalq şairi Zəlimxan Yaqub və akademik Nizami Süleymanov vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri