Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Çinlilərdən inqilabi neft emalı üsulu

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Səhər yeməyində buna diqqət edin!

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Hamı bilsin, vəziyyət kontrolumuz altındadır Samir Abasov

Hamı bilsin, vəziyyət kontrolumuz altındadır Samir Abasov

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 16-cı turunda "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini bölüşüb. 

QOL.az xəbər verir ki, o, görüşdən sonra təşkil mətbuat konfransında rəqib komandanın azarkeşləri tərəfindən səslənən təhqirlər haqda danışıb:

"Bu, mənim və azarkeşlərin arasında olan bir şeydir. İstəmirəm ki, bu məsələ digərlərinə yayılsın. Futbolda bu cür hallar çox olur. Buna normal yanaşıram. Öz komandalarını dəstəkləyirlər. Bəlkə də, dəstəkləməyin yolu bu idi ki, rəqib komandanın məşqçisini özündən çıxarsınlar. Bu, normaldır. Açığı desəm, karyeram ərzində azarkeşlərlə bağlı səhvlərim olub. Ona görə çalışıram ki, bu məsələlərdə təmkinli olum. Düzdür, oyun vaxtı gözləmədiyim bir şey baş verdi, mən də ona reaksiya verdim. Amma bu oyunun içində olan bir şeydir və mən bunu yaddan çıxardım. Azarkeşlərin sözlərinin haradan gəldiyini mən çox yaxşı bilirəm. Siz də bilirsiniz. Bu, təmiz olmayan bir şeydir. Çox yaxşı bilirəm ki, bunu kimlər etdirir. Amma dediyiniz təhqirlərlə və ya uşaqlarla heç bir işim yoxdur". 

Mütəxəssis məğlubiyyətin səbəblərindən danışıb: "Açığı deyim, bədbəxtçiliyimiz odur ki, kağız üzərində favoritik. Oyuna yaxşı başlayırsan, etmək istədiyin hər şey alınır. Amma durduğun yerdə rəqibə hədiyyə verirsən və qapında qol görürsən. Sonra da sənin fürsətin olur, iki metrlik məsafədən qapıya düşə bilmirsən. Analiz etsək bütün oyunlarımızda eyni vəziyyətdir. "Şamaxı"nı 2:0 məğlub edirdik. Öz meydanımızda idi oyun və qalib gəlirdik. Sonra isə eyni vəziyyət. Əvvəl demirdim, çünki bu cür oyunu uduzmaq halına gətirdikdən sonra deməyə söz tapmıram. Amma analiz edəndən sonra görünür, nələr baş verir. "Qarabağ"la oyunda da fürsətləri əldən verdik. Bunlardan da əlavə, rəqibə qolu hədiyyə edirik. Bütün komanda hər oyunda qapımıza qolu bu cür gətirir. Sonra da ikinci qolu hədiyyə etdik. Bundan sonra isə "Neftçi"nin nəyə qadir olduğu üzə çıxır. 

"Sumqayıt" kimi komandalara qol vurmayanda və öz qapında qol gördükdə, başlayırlar qapanmağa. Bu, normaldır və düzdür. Artıq oyunları əks-hücumlara uyğun qurulur. "Neftçi"nin futbolçususansa, bu hallarda üzə çıxmalısan. Keyfiyyətin hesabına. Qol buraxdıqdan sonra əgər ikinci hissədə fürsət yarada bilmirsənsə, artıq bütün suallara cavab tapılır. Əsas odur ki, vəziyyət kontrolumuzun altındadır. Bu oyunlar artıq qabağımızda cizgi yaradır ki, hansı futbolçu ilə yolumuzu davam edib, komanda quracağıq, hansı futbolçular isə artıq "Neftçi"nin yükünü daşıya bilmir. Bu səbəbdən, bəlkə də, xeyirlisi elə budur ki, hər şey aydın olsun. Azarkeş kimi baxanda digər şeylər görsənir. Amma biz səfərdə və evdə oynaya biləcək futbolçuları artıq çözmüşük. Bəzilərinin oyunları səfərə düşəndə tam əksinə çönür. Bu da təzyiqdən irəli gəlir. "Neftçi"də oynayırsansa, bu cür hallar olmalı deyil. Oyundur, hər bir komandanın qapısında qol ola bilər. Amma bundan sonra sən üzə çıxmalısan. Artıq tam şəkil qarşımızdadır. Bu halları aradan qaldıracağıq". 

S. Abasov futbolçularından razı qalmadığını bildirib: "Demək məcburiyyətindəyəm ki, mövqelərə baxsaq bütün oyunçular eynidirlər. Bu gün hücumçularımız arxası rəqib qapıya oynayan hücumçulardırlar. Yəni sürətli, çevik deyillər. Bunlara görə də oyun qurmağa çalışırıq. Ümumi analiz etsək, komandamızda hər mövqedə eyni şeydir. Bu da belə vəziyyətlərdə məğlubiyyətə gətirib çıxarır. Oyunu dəyişmək çətin olur, çünki ehtiyatdan girən oyunçu da eyni şeyi edir. Bu, gördüyümüz vəziyyətlərdir. 

Amma özümüz üçün artıq oyunçular haqda hər şeyi bəlli etmişik. Sadəcə baş məşqçi kimi bunları dilə gətirib, sonra onları oyuna çıxarmaq çətinlik yaradır. Əsas onu çatdırmaq istəyirəm ki, hamı bilsin, vəziyyət kontrolumuz altındadır. Bu gün azarkeşlərdə istək ola bilər ki, bəzi futbolçuları göndərək. Amma başa düşün, bunu edə bilmərik. Həmin vəziyyətdə, ayda deyilik. Yavaş-yavaş hər şeyi edəcəyik. Bilirik, hansı vəziyyətdəyik. Oyuna motivasiyasız çıxmamışdıq. Sadəcə bəla odur ki, qol buraxdıqdan sonra təmiz “ölmək”, onun altından çıxa bilməmək, hansı tip futbolçulara xasdırsa, onu bilirsiniz".

O, komandanın psixoloqa lazım olub-olmaması haqda da söz açıb: "Psixoloqa ehtiyacımız yoxdur. Yaxşı dəyişikliklərə ehtiyacımız var. Amma bunlar dərhal baş verən proseslər deyil. Bu vəziyyətdə ən yaxşı nəticə qazanılan futbolçular ola bilər. Oynatmaq istədiyin futbolu hansı futbolçuların dərk etməsini bilmək qazancdır. Bu gün oyuna çox yaxşı başlamışdıq. Görünürdü ki, komandamız oyuna nəzarət edir. Amma “Qarabağ”la matçda da Yuri Matias səhv etdi, qol oldu. Onun altından çıxa bilmirik. Bu gün də Emil Səfərovdan səhv gəldi. Neçə oyundur ki, baş verən prosesdir. Bunun altından çıxa bilməmək bir çox məsələlərlə bağlıdır. Bunlarda dəyişilməlidirlər". 

Mütəxəssis uğursuzluğun səbəblərini bildiyini qeyd edib: "Bilirik, nə var, nə yox. Əsas odur ki, səbəbləri bilirik. Sual veriləndə cavabını bilməsəydim, artıq problem olardı və halımızın sonu olmazdı. Amma bunun sonu var. Hər şey kontrolumuz altındadır. Nələri kimlərlə edə biləcəyik, onu artıq bilirik".

S. Abasov "Tərk etdiyiniz “Sumqayıt”la bu gün gördüyünüz “Sumqayıt” arasında hansı fərq nədir?" sualına belə cavab verib: "Elə də fərq görmədim. Mən də “Sumqayıt”da olsaydım, "Neftçi"yə qarşı bu cür oyunu seçərdim. Özünüz də görmüsünüz, mən də “Sumqayıt”da işləyəndə “Neftçi”yə bu cür oyunla qalib gəlmişdik. "Neftçi"də ən azından aldığın maaşa görə "bir nömrə" oynamaq borcundur. Keyfiyyətin yaxşı olmalı və topla da daha çox oynamalısan. Oyunu rəqib meydançasına yıxmalısan. Əks-hücumlarda hansı reaksiyanı verə bilər futbolçular, sürət, cəldlik varmı... bunların hamısını çözmüşük".

O, “Gözdən çıxardığınız” oyunçular var və onlar bundan xəbərdardır? Bəlkə, onlar bunu bilir deyə, 100 faizini ortaya qoymur..." sualına belə cavab verib: "Yaxşı, onlar indi bilir. Bəs, bundan əvvəl nə olmuşdu?"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 Dekabr 2024 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see341

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see249

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see230

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see226

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see211

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see210

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see206

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see196

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see178

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see177

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see176

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see176

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see172

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see172

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see172

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see171

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see168

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see164

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see159

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri