Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Hamı bilsin, vəziyyət nəzarətimiz altındadır Samir Abasov

Hamı bilsin, vəziyyət nəzarətimiz altındadır Samir Abasov

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 16-cı turunda "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini bölüşüb. 

QOL.az xəbər verir ki, o, görüşdən sonra təşkil mətbuat konfransında rəqib komandanın azarkeşləri tərəfindən səslənən mənfi şüarlar haqda danışıb:

"Bu, mənim və azarkeşlərin arasında olan bir şeydir. İstəmirəm ki, bu məsələ digərlərinə yayılsın. Futbolda bu cür hallar çox olur. Buna normal yanaşıram. Öz komandalarını dəstəkləyirlər. Bəlkə də, dəstəkləməyin yolu bu idi ki, rəqib komandanın məşqçisini özündən çıxarsınlar. Bu, normaldır. Açığı desəm, karyeram ərzində azarkeşlərlə bağlı səhvlərim olub. Ona görə çalışıram ki, bu məsələlərdə təmkinli olum. Düzdür, oyun vaxtı gözləmədiyim bir şey baş verdi, mən də ona reaksiya verdim. Amma bu oyunun içində olan bir şeydir və mən bunu yaddan çıxardım. Azarkeşlərin sözlərinin haradan gəldiyini mən çox yaxşı bilirəm. Siz də bilirsiniz. Bu, təmiz olmayan bir şeydir. Çox yaxşı bilirəm ki, bunu kimlər etdirir. Amma dediyiniz təhqirlərlə və ya uşaqlarla heç bir işim yoxdur". 

Mütəxəssis məğlubiyyətin səbəblərindən danışıb: "Açığı deyim, bədbəxtçiliyimiz odur ki, kağız üzərində favoritik. Oyuna yaxşı başlayırsan, etmək istədiyin hər şey alınır. Amma durduğun yerdə rəqibə "hədiyyə" verirsən və qapında qol görürsən. Sonra da sənin fürsətin olur, iki metrlik məsafədən qapıya düşə bilmirsən. Analiz etsək bütün oyunlarımızda eyni vəziyyətdir. "Şamaxı"nı 2:0 məğlub edirdik. Öz meydanımızda idi oyun və qalib gəlirdik. Sonra isə eyni vəziyyət. Əvvəl demirdim, çünki bu cür oyunu uduzmaq halına gətirdikdən sonra deməyə söz tapmıram. Amma analiz edəndən sonra görünür, nələr baş verir. "Qarabağ"la oyunda da fürsətləri əldən verdik. Bunlardan da əlavə, rəqibə qolu "hədiyyə" edirik. Bütün komanda hər oyunda qapımıza qolu bu cür gətirir. Sonra da ikinci qolu hədiyyə etdik. Bundan sonra isə "Neftçi"nin nəyə qadir olduğu üzə çıxır. 

"Sumqayıt" kimi komandalara qol vurmayanda və öz qapında qol gördükdə, başlayırlar qapanmağa. Bu, normaldır və düzdür. Artıq oyunları əks-hücumlara uyğun qurulur. "Neftçi"nin futbolçususansa, bu hallarda üzə çıxmalısan. Keyfiyyətin hesabına. Qol buraxdıqdan sonra əgər ikinci hissədə fürsət yarada bilmirsənsə, artıq bütün suallara cavab tapılır. Əsas odur ki, vəziyyət kontrolumuzun altındadır. Bu oyunlar artıq qabağımızda cizgi yaradır ki, hansı futbolçu ilə yolumuzu davam edib, komanda quracağıq, hansı futbolçular isə artıq "Neftçi"nin yükünü daşıya bilmir. Bu səbəbdən, bəlkə də, xeyirlisi elə budur ki, hər şey aydın olsun. Azarkeş kimi baxanda digər şeylər görsənir. Amma biz səfərdə və evdə oynaya biləcək futbolçuları artıq çözmüşük. Bəzilərinin oyunları səfərə düşəndə tam əksinə çönür. Bu da təzyiqdən irəli gəlir. "Neftçi"də oynayırsansa, bu cür hallar olmalı deyil. Oyundur, hər bir komandanın qapısında qol ola bilər. Amma bundan sonra sən üzə çıxmalısan. Artıq tam şəkil qarşımızdadır. Bu halları aradan qaldıracağıq". 

S. Abasov futbolçularından razı qalmadığını bildirib: "Demək məcburiyyətindəyəm ki, mövqelərə baxsaq bütün oyunçular eynidirlər. Bu gün hücumçularımız arxası rəqib qapıya oynayan hücumçulardırlar. Yəni sürətli, çevik deyillər. Bunlara görə də oyun qurmağa çalışırıq. Ümumi analiz etsək, komandamızda hər mövqedə eyni şeydir. Bu da belə vəziyyətlərdə məğlubiyyətə gətirib çıxarır. Oyunu dəyişmək çətin olur, çünki ehtiyatdan girən oyunçu da eyni şeyi edir. Bu, gördüyümüz vəziyyətlərdir. 

Amma özümüz üçün artıq oyunçular haqda hər şeyi bəlli etmişik. Sadəcə baş məşqçi kimi bunları dilə gətirib, sonra onları oyuna çıxarmaq çətinlik yaradır. Əsas onu çatdırmaq istəyirəm ki, hamı bilsin, vəziyyət kontrolumuz altındadır. Bu gün azarkeşlərdə istək ola bilər ki, bəzi futbolçuları göndərək. Amma başa düşün, bunu edə bilmərik. Həmin vəziyyətdə, ayda deyilik. Yavaş-yavaş hər şeyi edəcəyik. Bilirik, hansı vəziyyətdəyik. Oyuna motivasiyasız çıxmamışdıq. Sadəcə bəla odur ki, qol buraxdıqdan sonra təmiz “ölmək”, onun altından çıxa bilməmək, hansı tip futbolçulara xasdırsa, onu bilirsiniz".

O, komandanın psixoloqa lazım olub-olmaması haqda da söz açıb: "Psixoloqa ehtiyacımız yoxdur. Yaxşı dəyişikliklərə ehtiyacımız var. Amma bunlar dərhal baş verən proseslər deyil. Bu vəziyyətdə ən yaxşı nəticə qazanılan futbolçular ola bilər. Oynatmaq istədiyin futbolu hansı futbolçuların dərk etməsini bilmək qazancdır. Bu gün oyuna çox yaxşı başlamışdıq. Görünürdü ki, komandamız oyuna nəzarət edir. Amma “Qarabağ”la matçda da Yuri Matias səhv etdi, qol oldu. Onun altından çıxa bilmirik. Bu gün də Emil Səfərovdan səhv gəldi. Neçə oyundur ki, baş verən prosesdir. Bunun altından çıxa bilməmək bir çox məsələlərlə bağlıdır. Bunlarda dəyişilməlidirlər". 

Mütəxəssis uğursuzluğun səbəblərini bildiyini qeyd edib: "Bilirik, nə var, nə yox. Əsas odur ki, səbəbləri bilirik. Sual veriləndə cavabını bilməsəydim, artıq problem olardı və halımızın sonu olmazdı. Amma bunun sonu var. Hər şey kontrolumuz altındadır. Nələri kimlərlə edə biləcəyik, onu artıq bilirik".

S. Abasov "Tərk etdiyiniz “Sumqayıt”la bu gün gördüyünüz “Sumqayıt” arasında hansı fərq nədir?" sualına belə cavab verib: "Elə də fərq görmədim. Mən də “Sumqayıt”da olsaydım, "Neftçi"yə qarşı bu cür oyunu seçərdim. Özünüz də görmüsünüz, mən də “Sumqayıt”da işləyəndə “Neftçi”yə bu cür oyunla qalib gəlmişdik. "Neftçi"də ən azından aldığın maaşa görə "bir nömrə" oynamaq borcundur. Keyfiyyətin yaxşı olmalı və topla da daha çox oynamalısan. Oyunu rəqib meydançasına yıxmalısan. Əks-hücumlarda hansı reaksiyanı verə bilər futbolçular, sürət, cəldlik varmı... bunların hamısını çözmüşük".

O, “Gözdən çıxardığınız” oyunçular var və onlar bundan xəbərdardır? Bəlkə, onlar bunu bilir deyə, 100 faizini ortaya qoymur..." sualına belə cavab verib: "Yaxşı, onlar indi bilir. Bəs, bundan əvvəl nə olmuşdu?"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 Dekabr 2024 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri