Icma.az
close
up
RU
Samir Abasov: Vəziyyət nəzarətimizdədir

Samir Abasov: Vəziyyət nəzarətimizdədir

Icma.az, sport24.az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasının XVI turunun "Sumqayıt" - "Neftçi" oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

- Yerli azarkeşlər oyunun startından sona qədər sizə qarşı tənqidi şüarlar səsləndirdi. Bu gün belə qarşılanmağınız sizə necə hiss etdirdi?

- Bu, mənim və azarkeşlərin arasında olan şeydir. Buna müdaxilə olunmağını istəmirəm. Dünya futbolunda belə hallar çox olur. Normal qəbul edirəm. Öz komandalarını dəstəkləyirlər və yolu da bəlkə, bu idi. Açığı, azarkeşlərlə bağlı məşqçilik karyeramda səhvlər olub. Bu, dərs olub və fanatlarla bağlı təmkinli olmağa çalışdım. Oyunun içində olan şeylərdir və artıq bunu unutdum. Amma məsələnin hardan gəldiyini çox yaxşı bilirəm. Təmiz olmayan şeydir. Bunlar nəyə sığır və kimlər etdirir yaxşı bilirəm. Azarkeşlərə sözüm yoxdur. 

- Məğlubiyyətin səbəbi nə idi?

- Bədbəxtliyimiz odur ki, kağız üzərində favorit göstərilirdik. Oyuna çox yaxşı başlamışdıq. Etmək istədiklərimiz alınırdı. Bilmirəm, bəladır, ya nə... Rəqibə hədiyyə edilən topdan sonra qol gəldi. Sonra özün iki metrdən qol vura bilmirsən. "Şamaxı"nı 2:0 udurduq. amma sonda heç-heçə oldu. 23-24 dəqiqə ərzində qollar vurur, epizodlar qaçırırsan. Bu gün də, "Qarabağ"la oyunda da imkanlarımız var idi, amma iki metrdən qapıya düşə bilmədik. Komanda demək olar, hər oyundan sonra "hədiyyə" ilə rəqibə qol verir. İş də bundan sonra başlayır. Ümumi "Neftçi"nin simasını görürük. "Neftçi" nəyə qadirdir, o üzə çıxır. Bu cür komandalara qol vurmayıb, qol buraxırsansa, belə komandalar artırmağa başlayır. Sən "Neftçi"nin futbolçususan və sən bu hallarda vəziyyətdən çıxmalısan. Yəni, keyfiyyət önə çıxmalıdır. Epizod yarada bilmirsənsə, artıq bütün suallara cavab tapılır. Əsas odur ki, bu vəziyyət nəzarətimizdədir. Qrafik cızırıq və biliri ki, hansılarla yola davam edəcəyik, hansılar yükü daşıya bilmir. Bəlkə də, xeyirlisi budur. Bəlkə, belə məğlubiyyətlərin faydası olacaq. Azarkeş kimi baxanda başqa şey görürük. Biz artıq səfərdə və evdə oynayan oyunçuları müəyyən etmişik. Bəzi futbolçular təzyiqə tab gətirmir. Belə şeylər olmaz. "Neftçi"də oynayırsansa, bu cür hallar olmamalıdır. Məcbursan ki, "bir nömrə" kimi oynayasan. Futbolçunun keyfiyyəti önə çıxmalıdır. 

- Komandanız motivasiyasız görünürdü. Fikrinizdən belə qənaətə gəlmək olar ki, narazı olduğunuz mövqe hücumdur?

- Bu gün bunu demək məcburiyyətindəyəm, komandamızda mövqe olaraq hamısı bir tip oyunçudur. Hücumçularımız arxası rəqib qapıya oynayan oyunçulardır. Bunlara görə oyun qurmağa çalışırıq. Hər mövqedə olanlar belədir. Bir tipləri var. Bu cür vəziyyətlərdə oyunu dəyişmək də çətin olur. Çünki yerinə daxil olan futbolçu da eyni cür oynayır. Bunlardan bir dərs çıxarmalıyıq. O demək deyil ki, gələn oyunu mütləq udacağıq. Özümüzdə oyunçu profillərini müəyyənləşdirməliyik. Belə davam etməyəcək. Lakin bu cür danışandan sonra növbəti oyuna köklənmək çətin olur. Futbolçular bilsin ki, vəziyyət nəzarətimiz altındadır. Yavaş-yavaş səbrimizi basıb, edəcəyik. Artıq bilirik ki, hansı vəziyyətdəyik. İnanın, motivasiyasız çıxmamışdıq. Sadəcə bəla odur ki, qol buraxandan sonra təmiz "ölürsən" və durumdan çıxa bilmirsən.

- Subyektiv fikrimdir, bəlkə, kollektivə psixoloq dəvət edəsiniz və durumdan çıxmağa kömək etsin?

- Psixoloqa ehtiyac yoxdur. Dəyişikliklər lazımdır. Bu da anidən baş verən deyil. Belə situasiyada nə yaxşı ola bilər? Oyuna yaxşı başlamışdıq. Lakin sonra geri düşdük və çıxa bilmədik. Bu hallarla son oyunlarda çox qarşılaşırıq. 

- Bu gün "Neftçi"nin adı favorit olur, oyunçular kluba uyğun deyil. Statistikada ən yaxşı olan Yuri Matias da "Neftçi" səviyyəsində deyil. Qış fasiləsini səbirsizliklə gözləyirsiniz?

- Bilirik ki, nə var nə yox. Yuri Matiasın çox qol vurmağı, hücumda problemlər aşkardır. Vəziyyəti, səbəbləri bilirik. Düşdüyümüz durumun sonu var. Əsası da nəzarətimizdədir. Hansı addımları atacağımızı bilirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://sport24.az
archiveBu xəbər 08 Dekabr 2024 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri