Icma.az
close
up
RU
Hamı ət yeyir, amma bu həqiqəti bilmir! Alimdən maraqlı AÇIQLAMA

Hamı ət yeyir, amma bu həqiqəti bilmir! Alimdən maraqlı AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlar xəstəliklərdən sonra immunitetin zəifləməsi səbəbindən bir çox insan immuniteti gücləndirmək məqsədilə özbaşına vitaminlər qəbul edir.

Bəs vitaminlərin özbaşına qəbulu hansı fəsadlar yarada bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti, SSRİ-nin ilk antioksidant preparatı "Meksidol"un həmmüəllifi Aydın Əliyev bildirdi ki, Azərbaycanda bu cür hallar mövcuddur:

"Hətta bəlkə də daha çoxdur demək olar. Mən həmişə bu məsələlərə qarşı öz mövqeyimi bildirmişəm və arzu edirəm ki, nə vaxtsa Azərbaycanda dərmanlar apteklərdə reseptsiz satılmaz, eyni zamanda xaricdən keyfiyyətsiz dərman, qida və digər vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınar. Çünki bunların hamısı həkim nəzarəti olmadan qəbul edildikdə, mən deyərdim ki, birbaşa xəstəlik mənbəyinə çevrilir. Həkim məsləhəti olmadan dərman qəbul edən şəxs bilmir ki, həmin dərman maddəsi onun hansı orqanına və nə cür təsir edəcək. O insan bilməz ki, daxili orqanlarının vəziyyəti necədir, hansı orqanda patologiya var, hansı orqanda isə patologiya artıq formalaşmaq üzrədir. Bunları bilmədən dərman qəbulu nəyə lazımdır axı? Sosial şəbəkələrdə müxtəlif dərmanlar, dərman tərkibli vasitələr haqqında saysız-hesabsız reklamlar və satışlar aparılır. Elmdən anlayışı olmayan insanların bu mövzuda danışması, mən deyərdim ki, cinayətdən də əvvəl günahdır".

Müsahibimiz əlavə etdi ki, vitaminləri dərman kimi qəbul etməkdənsə və həkimə də getmək istəmirlərsə, onda oxuyub araşdırsınlar ki, hansı qidaların tərkibində – göy-göyərtidə, meyvə-tərəvəzdə, ət məhsullarında - hansı vitaminlər var və elə həmin qidalarla düzgün qidalansınlar:

"Məsələn, göy-göyərtini qida kimi vaxtında yemək lazımdır ki, oradakı maddələr orqanizmdə faydalı proseslər yaratsın. Həmin maddələr qidanın həllinə kömək edir, daxili orqanların işini yüngülləşdirir. Bir az diqqət yetirin: insanların qidada istifadə etdiyi ət heyvanlardan əldə olunur. Heyvanlar isə həmin qidanı göy-göyərtidən, otlardan, bitkilərdən alırlar. Yəni bitkilərin gücünə baxın. Biz isə birbaşa hazır əti daha çox yeyirik. Halbuki heyvanların qidalanma forması belə bizə sübut edir ki, göy-göyərti yemək nə qədər faydalıdır. Göyərti üzərindən isə yaxşı çeynənmiş şəkildə ət məhsulları qəbul etmək daha doğrudur. Yəni bütün bunlar təbiətdə mövcuddur və təbiətdən düzgün istifadə etmək lazımdır. Heç bir dərmanın həkim məsləhəti olmadan qəbul edilməsi düzgün deyil. Onu da əlavə edim ki, vitaminlər ümumilikdə iki yerə bölünür: suda həll olan vitaminlər və yağda həll olan vitaminlər. Ona görə də onların hər birinin ayrı-ayrı funksiyaları var və yalnız həkim məsləhəti ilə qəbul olunmalıdır. Suda həll olan vitaminlər əsasən göy-göyərtidə və bitki mənşəli məhsullarda olur. Yağda həll olan vitaminlər isə A, D, E və K vitaminləridir və onlar əsasən yağlı məhsullarda mövcuddur, çünki bu vitaminlər yağda həll olur".

Həkim qeyd etdi ki, hər vitaminin öz funksiyası var:

"A vitamini – göz sağlamlığı üçün,
D vitamini – kalsiumun daşınması və immun sisteminin gücləndirilməsi üçün,
E vitamini – cinsi fəallığın və hormonların fəaliyyətinin gücləndirilməsi üçün,
K vitamini – qaraciyərdə qanın laxtalanma prosesində mühüm rol oynayır".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Yanvar 2026 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri