Icma.az
close
up
RU
Hamı heyəti, “Kəpəz” isə rəhbərliyi komplektləşdirir...

Hamı heyəti, “Kəpəz” isə rəhbərliyi komplektləşdirir...

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Replika

"Kəpəz" yeni mövsümə ciddi hazırlaşır. Hətta deyərdim cox ciddi... O qədər ciddi ki, heyətlə yanaşı, rəhbərlik də iki ayın içində yenidən komplektləşir. Sanki, 2025/26 "futbol ili"ndə meydana futbolçular yox, rəhbərlik çıxacaq... Premyer Liqanın digər təmsilçiləri heyətlərini, "sarı-göylər" isə rəhbərliyi formalaşdırır.  

Geridə qalan illərdə Azərbaycan futbolunda türklər demiş, nələr görüb, nələrlə qarşılaşmışıq. Bu üzdən baş verənlərə, yaşananlara çox da təəccüblənmirik. Ancaq gəlin səmimi olaq, "Kəpəz" bunu bacarır.

Artıq tarixin yaddaşına köçmuş "Bakılı" klubunu və onun qeyri-adi açıqlamaları ilə tanınan Misir Əbilov adlı prezidentinini yəqin ki, xatırlayırsız. Həmin Misir müəllim bir dəfə həmkarlarıma açıqlamasında baxışa yeni baş məşqçi dəvət etdiklərini bildirmişdi. O vaxt Əbilovun bu sözləri gündəm olmuş, idman mediasında çox müzakirə edilmişdi. Həmin söhbətin üstündən xeyli vaxt keçsə də, bəzi klublarımız, daha dəqiq desək, "Kəpəz" deyəsən, eyni cığırla gedir.

Mayda klubun İdarə Heyətinin sədri postuna keçən Namiq Qədirov adlı futbol camiəsinə çox da tanış olmayan biri heç iki ay keçəməmiş vəzifəsindən getdi. Ola bilsin, Namiq bəy çoxtərəfli oyunda ümidləri doğrultmadığına görə, Fransaya dönəsi oldu. Qədirovun gedişi ortaya çoxlu suallar çıxarsa da, heç kim özünə əziyyət verib yaşananlara aydınlıq gətirmədi. Deyən olmadı ki, niyə gəldi və niyə getdi...

Başa vurduğumuz həftə klubun mətbuat xidməti Gəncə təmsilçisinin strukturunda dəyişikliyin olduğu barədə açıqlama verməklə yadda qaldı. Yenilərin tutduqları postda nə qədər duruş gətirəcəklərini deyə bilmərəm. Ancaq görünən odur ki, "sarı-göylər" yeni mövsümə çox ciddi hazırlıq görür.

Klubun fəaliyyətinə cavabdehlik daşıyanlar düşərgəyə Afrikadan bir təyyarə futbolçu dəvət edir, A komanda ilə yanaşı, əvəzedici heyəti gücləndirir, akademiyada radikal islahatlar gerçəkləşdirir. Əsas odur ki, "iş gedir" görüntüsü yarada bilirlər. Ancaq bu "işlərin" klubun işinə yarayıb-yaramayacağını söyləmək çətindir.

P.S. "Kəpəz" yeni mövsümdən "Kappa" firmasının istehsal etdiyi idman geyimləri ilə təhciz olunacaq ki, bu da klubda çox ciddi işlərin getdiyini göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sport24.az
archiveBu xəbər 27 İyul 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri