Icma.az
close
up
RU
HAMI MƏKTƏBƏ, BƏS MƏKTƏB HARA?... “Dünyanın heç bir yerində belə başıpozuq vəziyyət yoxdur”

HAMI MƏKTƏBƏ, BƏS MƏKTƏB HARA?... “Dünyanın heç bir yerində belə başıpozuq vəziyyət yoxdur”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Elm və təhsil sahəsi üzrə ekspert, keçmiş deputat Etibar Əliyev ölkədə təhsil sistemində aparılan islahatlarla bağlı tənqidi fikirlərini bölüşüb. O, sosial şəbəkədə yazdığı geniş analizdə deyib ki, təhsil menecerləri məktəbi “repetitorluq institutuna” təhvil veriblər və bunu bilərəkdən ediblər.

E.Əliyev bildirib ki, məqsəd külli miqdarda pul qazanmaq olub və orta təhsilin keyfiyyətinin ilbəil aşağı düşməsi bu şəxsləri narahat etməyib: “Çünki onların tam əksəriyyəti təhsilə yad adamlardır. Tədris proqramı ilə tədris planının fərqini bilməyənlər Elm və Təhsil Nazirliyinə doluşdular. Onları ora gətirən isə nə məktəb təhsilini, nə də ali təhsili bilməyən Emin Əmrullayev oldu”.

Ekspert qeyd edib ki, məktəb idarəetməsi pozulub, məktəb mühiti dağıdılıb, müəllim–şagird, müəllim–direktor, valideyn–direktor münasibətləri zədələnib. Onun sözlərinə görə, belə bir mühitdə islahat aparmaq absurddur: “Orta təhsilin inkişafı üçün əvvəlcə təhsil mühitini sağlamlaşdırmaq lazımdır”.

Etibar Əliyev əlavə edib ki, cəmiyyət artıq bu idarəçilərdən inkişaf gözləmir, çünki onlar səmimi deyillər. O, nazirin son açıqlamalarını da satirik şəkildə şərh edib: “Deyəsən, yadplanetlilər yenə də nazirin qulağına nəsə pıçıldayıb. Dostları ilə yeyib-içməkdən gələndə gecə vaxtı yanından keçdikləri məktəblərin işıqlarını yanan görüblər. Emin müəllim qəflətən qışqırıb: “Aha, islahat!’”

Nazirin Milli Məclisdə dediyi “yeni məktəb modeli”nə də toxunan E.Əliyev vurğulayıb ki, bu yanaşma Azərbaycan reallığına uyğun deyil. Onun sözlərinə görə, model kişi müəllimlərin üstünlük təşkil etdiyi ölkələr üçün yararlıdır: “2024/2025-ci tədris ilində Azərbaycanda 146 381 müəllim var. Onlardan 120 633-ü qadın, 25 748-i kişidir. Yəni kişi müəllimlər cəmi 17,5 faizdir.”

Ekspert ailəli gənc qadın müəllimlərin 8 saatlıq iş rejiminə cəlb olunmasını qeyri-real hesab edib: “Uşaqları kimin öhdəsinə buraxacaqlar? Ev işlərini kim görəcək? Məktəbdə 8 saat qalmaq üçün şərait varmı? Kitabxanalarda neçə kitab var? Müəllim yeməyi evdənmi gətirməlidir?”

Əliyev bildirib ki, əksər valideynlər artıq uşaqlarını məktəbdən yayındırır, onları kurslara və ya evdə dərsə yönləndirirlər. Nazirliyin uşaqları günortadan sonra məktəbə gətirmək planı da qeyri-ciddidir. Onun sözlərinə görə, məktəb hazırda sadəcə “attestat möhürləyən məkana” çevrilib və bu vəziyyət cəmiyyət tərəfindən dəstəklənir. Təhsil menecerləri regionlarda məktəbləri müəllimlə təmin edə bilməyiblər, nəticədə fənn müəllimi olmayan kəndlərdə uşaqlar ya məktəbə getməyib, ya da Bakıya üz tutub: “Bakıdan minlərlə valideyn isə attestat almaq üçün uşaqlarının adlarını boş qalan kənd məktəblərinə yazdırdı. Dünyanın heç bir yerində belə başıpozuq vəziyyət yoxdur”.

Ekspert əlavə edib ki, nazirin ortağı Məhəbbət Vəliyeva və bəzi MMC rəhbərləri illərdir müəllimləri qanunsuz axşam təlimlərinə cəlb edir, dövlət vəsaiti isə mənimsənilir: “Bunun özü də ‘yeni islahat’ üçün təcrübədir. Milyonlar qazanmağın kəsə yolu indi başqa modeldə məktəbə sırınır”.

Etibar Əliyev həmçinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsinə toxunub. Bildirib ki, 10 ilə yaxındır keçirilən bu müsabiqəyə hər il milyonlarla manat ayrılır, lakin müəllimlər bu qrantlardan bir manat da görmür: “Təəssüf ki, bu korrupsiyanın sorğu-sualını aparan yoxdur”.

Sonda ekspert xəbərdarlıq edib ki, yeni model tətbiq olunandan sonra məktəblərdə direktor–müəllim alverinin yeni mərhələsi başlayacaq: “Menecerlər pul qazanmağın yolunu çox gözəl bilirlər”.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Noyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see202

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see156

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri