Icma.az
close
up
RU
Vəziyyət dramatikdir: Dünyanın heç yerində beləsi yoxdur! Ekspert

Vəziyyət dramatikdir: Dünyanın heç yerində beləsi yoxdur! Ekspert

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 

Son günlər müzakirə olunan məsələlərdən biri ölkədə diplomsuz həkimlərin xəstəxanalarda çalışmasıdır. Artıq Səhiyyə Nazirliyi bəzi estetik cərrahlarla bağlı araşdırmalara başlayıb. Cəmiyyəti düşündürən əsas sual isə budur: Əgər nazirlik bu gün araşdırmaya başlayırsa, o zaman daha əvvəl həmin şəxslərə klinikada çalışma icazəsini kim verib?

Globalinfo.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla yaranmış vəziyyəti “dramatik” adlandırıb və bəzi məqamlara aydınlıq gətirib:

“İlk növbədə, səhiyyənin iki ayrı icra qurumu tərəfindən idarə olunması prosesləri çox çətinləşdirir. Bundan əlavə, Nazirlər Kabinetinin əmri ilə tətbiq edilən sertifikatlaşma imtahanı kökündən yanlış qərardır. Dünyanın heç bir yerində belə sistem yoxdur ki, bir mütəxəssis ali məktəbi bitirdikdən sonra yenidən həmin məktəbdə verdiyi imtahanları təkrar versin. Əslində, bütün dünyada həkimlər üçün akreditasiya sistemi mövcuddur. Bu sistemə görə, baza təhsili alan və rezidentura keçən həkimlərə müəyyən müddət üçün lisenziya verilir. Lisenziyanın müddəti bitdikdən sonra həkimlərin fəaliyyəti yenidən yoxlanılır və lisenziya təzələnir”.

Adil Qeybulla

Professor qeyd edib ki, dünya təcrübəsinə əsasən, həkimlərə adətən 5-7 il müddətinə lisenziya verilir:

“Bu sistemin bizdə tətbiq edilməməsi səbəbindən yaranan boşluqları qeyri-peşəkar şəxslər doldurur. Onların arasında tibbi təhsili almayanlar, hətta tibblə əlaqəsi olmayanlar da var. Bu da belə biabırçı vəziyyətin yaranmasına gətirib çıxarır. Digər tərəfdən, reklamların təsiri böyükdür. Reklam vasitəsilə istənilən adamı istənilən səviyyəyə çıxarmaq mümkündür. Ancaq bu cür biabırçılıqlar gec də olsa aradan qaldırılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see298

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see293

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see245

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see240

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see235

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see235

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see231

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see221

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see220

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see214

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see211

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see208

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see206

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see201

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see198

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see195

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see191

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see187

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see182

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri