Icma.az
close
up
RU
Hamilə qadınlar oxusun! Yenidoğulmuşlarda tütün sindromu

Hamilə qadınlar oxusun! Yenidoğulmuşlarda tütün sindromu

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Ümumbəşəri bəla olan siqaret aludəçiliyi və onunla əlaqədar olan bir sıra xəstəliklər dünyanın hər yerində aktual problemlər sırasındadır.

Təəssüf ki, son vaxtlar qadınlar arasında da ona meyl getdikcə artır. Qadınlarda, xüsusilə hamiləlik zamanı olduqca riskli olan siqaretçəkmə və ya siqaret tüstüsünə məruz qalma halları ağır fəsadlarla nəticələnir. Siqaret tüstüsünün tərkibində 4 minə yaxın kimyəvi maddə var. Hamilə qadına və inkişaf etməkdə olan dölün orqanizminə daha çox zərər verəni qətran buxarı - zift, nikotin və karbon monooksidi daha çox təhlükəlidir.

Hamiləlik zamanı ana ilə döl arasında qan dövranı göbək ciyəsi vasitəsilə həyata keçirilir. Zərərli maddələrin birbaşa dölə ötürülməsi geridönməyən fəsadlara səbəb olur, ananın yuxarı tənəffüs yolları və qan-damar sistemi başda olmaqla bütün orqanları zədələnir. Siqaret tüstüsünün tərkibində olan nikotin güclü damardaraldıcı təsir göstərdiyinə görə qan təzyiqini yüksəldir, cift qan dövranı və dölün qida maddələri ilə təchizatı pozulduğu üçün inkişafın ləngiməsinə aparıb çıxarır. Karbon monooksid qan vasitəsilə oksigen daşınmasını azaldaraq hipoksiyaya səbəb olur və hüceyrə inkişafını ləngidir.

Səbəbləri

Tütün sindromunun əmələ gəlməsində əsasən hamiləlik vaxtı və ondan əvvəl aktiv (qadın özü siqaret çəkir) və passiv (digər şəxsin çəkdiyi siqaret tüstüsü ilə nəfəsalma) siqaretçəkmə, zavod, fabrik və avtomobillərdən havaya atılan zərərli qazların çox olduğu ərazilərdə yaşamaq mühüm əhəmiyyət kəsb edir.

Əlamətləri

Tütün sindromu zamanı qadınlarda düşük, hestozlar, hamiləliyin yarımçıq başa çatması, ciftin soyulması, cift gəlişi, doğuş zamanı qanaxma və doğuşdan sonra süd azlığı kimi hallar müşahidə edilir.

Körpədə tütün sindromu özünü bu kimi əlamətlərlə büruzə verir:

- hipoksiya, hipovitaminoz nəticəsində bətndaxili inkişafın hipotrofik ləngiməsi;

- az çəki (2500 qramdan az) ilə doğulma

- bətnxarici həyata adaptasiyanın çətinləşməsi - Polisitemik sindromun inkişafı,

- tənəffüs yollarının natamam inkişafı ilə əlaqədar Respirator distress sindromunun inkişafı;

- simpatikoadrenal sistemin oyanıqlığının artması;

- tranzitor çəki itkisi bərpasının və sarılığın uzanması;

- hüceyrə hipoksiyasını göstərən fetal hemoqlobinin və 2,3-difosfoqliseratın sintezinin uzanması;

- yenidoğulma və daha sonrakı vaxtlarda tənəffüsün pozulması;

- nikotin aclığının inkişafı - daimi ağlağanlıq, narahatlıq, dəri örtüyünün göyərməsi, təngənəfəslik, yuxusuzluq;

- çəki artımının ləngiməsi;

- infeksion xəstəliklərə və allergik reaksiyalara meyillik.

Yenidoğulma zamanı tütün sindromu yaşayan körpələr sonrakı inkişaf dövründə intellektual geriqalma və erkən yaşlarda siqaret çəkmə kimi hallarla tez-tez üzləşirlər.

Hamiləlik zamanı qəbul edilən siqaret tüstüsünün tərkibindəki maddələr anadangəlmə bir sıra inkişaf anomaliyalarına səbəb olur. Məsələn, üzdə - əsasən dodaq və sərt damaqda bitişməmə; ürəkdə - əsasən qapaq, çəpər və damarlarda; tənəffüs orqanlarında - burun və ağciyərin natamam inkişafı, bronxların stenozu; mədə-bağırsaq sistemində - qida borusunda və düz bağırsaqda atreziya kimi anomaliyalara xüsusilə tez-tez rast gəlinir.

Yenidoğulmuşun qanının ümumi analizi zamanı karboksihemoqlobinin miqdarının artması, eritrosit  və hemoqlobin çatışmazlığı və leykositlərin sayının artması ilə müşayiət olunan anemiya müşahidə edilir.

Müalicə zamanı orqanizmə siqaret tüstüsünün daxil olmasının qarşısı alınmalı, yenidoğulmuş vaxt itirmədən oksigen və temperatur rejimi ideal olan küvezə yerləşdirilməli və onlarda müşahidə edilən simptomlar aradan qaldırılmalıdır.

Məsləhətlər

- Hamiləlik zamanı aktiv siqaretçəkmədən imtina etmək;

- Siqaret tüstüsü çox olan qapalı məkanlardan uzaq olmaq;

- Təmiz havada gündəlik gəzinti;

- Balanslaşdırılmış və rasional qidalanma - qidalı maddələr və bitki lifləri ilə zəngin meyvə-tərəvəz və göyərti qidalarını rasionda artırmaq, konservantlarla zəngin, qızarmış, yağlı qidalardan imtina etmək.

- Döldə yarana biləcək hipoksiyanın qarşısını almaq və toksiki məhsulların dölə təsirini azaltmaq üçün anaya hamiləliyin II və III trimestrlərində Şəfa vitamini qəbul etmək tövsiyə olunur.

Mənbə: Herba Flora jurnalı

 

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 19 Noyabr 2024 06:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri