Icma.az
close
up
RU
Hamilə və körpə uşağı olan qadınlara iş yerində hansı güzəştlər edilir?

Hamilə və körpə uşağı olan qadınlara iş yerində hansı güzəştlər edilir?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyada uşaqlı qadınlara dəstək üçün yeni tədbirlər planı hazırlanır.

Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması onlara uzaqdan işləməyə icazə vermək ideyasını nəzərdən keçirir.

Bu təşəbbüs Hesablama Palatasının Rusiyada qadınlara dövlət dəstəyi tədbirlərinin effektivliyinə dair hesabatı əsasında hazırlanıb və həmin hesabatda auditorlar Rusiya Federasiyasının Əmək Məcəlləsinə dəyişiklikləri tövsiyə ediblər.

Həmçinin, işəgötürənlərə ailə məsuliyyəti daşıyan işçiləri uzaqdan və ya çevik işə keçirməyə məcbur etmək təklif edilib.

Eyni zamanda, Rusiya Əmək Nazirliyi yalnız işəgötürənləri hamilə qadınlar üçün işin təşkili probleminə anlayışla yanaşmağa çağıraraq, hələlik uzaqdan işə məcburi köçürmə haqqında danışmadığını vurğulayıb. 

Bununla belə, parlamentarilər daha da irəli getməyi və işəgötürənləri yazılı müraciət əsasında bir sıra işçi kateqoriyalarını distant iş rejiminə keçirməyə məcbur edərək, bu normanın qanuniləşdirilməsini təklif edirlər.

Layihə müəlliflərinin fikrincə, bu hüquqdan hamilə qadınlar, üç yaşınadək uşağı olan analar, 18 yaşınadək əlil uşağı böyüdən tək analar, habelə azyaşlı uşaqları və sağlamlıq imkanları məhdud uşaqları böyüdən vətəndaşlar istifadə etməlidirlər.

Əlil uşağın yeganə təminatçısı olan valideynlər və qəyyumlar da bu hüquqdan yararlana biləcəklər.

Bəs Azərbaycanda uşaqlı, hamilə qadınlara işlə bağlı hansı güzəştlər var? Südəmər körpəsi olan işgüzar analara övladı ilə maraqlanmaq üçün vaxt verilir?

Məsələ ilə bağlı “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Əmək qanunvericiliyində işgüzar analar, uşaqlı və hamilə qadınlar üçün bir sıra güzəştlər nəzərdə tutulub.

Onun sözlərinə görə, xeyli vaxtdır bu, praktiki olaraq tətbiq olunmur:

“Azərbaycanda körpə uşağa qulluq edən analara bəzi hallarda isə atalara müəyyən güzəştlər nəzərdə tutulub. O cümlədən, uşaq 3 yaşına çatana qədər işləyən qadınlar qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edə bilərlər.

Bu hüququ həyat yoldaşlarına və ya ailənin başqa üzvlərinə də verə bilərlər. Eyni zamanda, südəmər uşağı olanlar üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində güzəşt nəzərdə tutulub.

Məsələn, onlar uşağı yedizdirmək üçün gündə 3 dəfə fasilə götürə bilərlər. 

Bu praktiki baxımdan çox çətindir. Çünki iş yerindən uşağın olduğu yerin arasında məsafə məsələləri var. Ona görə də onu iş gününün sonunda və yaxud fasilələri birləşdirib həftəsonu da götürə bilərlər.

Xeyli vaxtdır praktiki olaraq tətbiq edilmir. Bu, əsasən dövlət sektorunda tətbiq olunur. Amma bu, güzəşt var. Bundan başqa, digər güzəşlər də var. 

Lakin mən güzəştlərin çox olmasının tərəfdarı deyiləm.

Çünki bu qadınlara qarşı gizli diskriminasiyaya (ayrı-seçkilik) gətirib çıxardır. İşəgötürənlərə belə işçilər sərf eləmir. Mən onun tərəfdarıyam ki, qadınlar əmək bazarında rəqabətə davamlı olmaları üçün kişilərlə bərabər işləməlidirlər.

Məsafədən işləmək məsələsinə gəldikdə isə, məsafədən bütün işləri yerinə yetirmək mümkün deyil. Bəzi işlər ola bilər ki, onları məsafədən yerinə yetirmək mümkün olsun. Bizim özəl sektor bunu istəsə, tətbiq edə bilər. 

Buna heç bir qadağa yoxdur.

Distant, yəni məsafədən işləməklə bağlı tənzimləmə qanunvericiliyə ümumi şəkildə gətirilə bilər, bunu etmək olar. Amma bu da yenə də qadınlara qarşı bir qədər gizli bir ayrı-seçkilikdi. Qadınlar niyə kişilərdən fərqli olaraq məsafədən işləsin?”.

O bildirib ki, qadınlara yaxşı olar ki, başqa güzəştlər nəzərdə tutulsun:

“Yəni dolayı, fərqli tədbirlər, görülməlidir. Dünya hazırda dolayı tədbirlər görür. Məsələn, həm məsafə, həm ödəniş, həm də  rahat hərəkətin  əlçatanlığı baxımından uşaq və körpələr evinin olması, eləcə də dayəçilik institunun inkişafı kimi məsələlərə dolayı tədbirlər prizmasından baxıram.
Bir də əmək kollektivləri kollektiv müqavilələrdə müəyyən fərqli güzəştlər nəzərdə tuta bilərlər. Amma mən bunu imperativ şəkildə bu işlərdə işləyənlər mütləq məsafədən işləməlidir və s. tərəfdarı deyiləm. Bu, əslində qadınlara qarşı gizli bir ayrı-seçkilik yarada bilər. Onun adını kimsə pozitiv ayrı-seçkilik qoya bilər. 

Amma bütöv halda bu, qadınların əmək bazarında rəqabətə tab gətirməsinə mənfi təsir göstərir. Hesab edirəm ki, onlar kişilərlə bərabər işləməlidir, onlara dolayı güzəştlər nəzərdə tutulmalıdır”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri