Icma.az
close
up
RU
Azərbaycanda hamilə qadınlara hansı GÜZƏŞTLƏR EDİLİR?

Azərbaycanda hamilə qadınlara hansı GÜZƏŞTLƏR EDİLİR?

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyada hamilə qadınlar üçün doğuma qədər və yaxud doğumdan sonra bir sıra sosial güzəştlər tətbiq olunur. Məsələn, İsveçdə doğumdan əvvəl 60 gün məzuniyyət götürmək olar.

Türkiyədə doğumdan  8 həftə öncə məzuniyyət verilir və qadın maaşın 66.7%-ini alır.

Ümumiyyətlə,  inkişaf etmiş ölkələrdə hamilə qadınlar üçün gündüz növbəsi, iş saatının azaldılması, işdən çıxarılma qadağası, uşaq əmizdirmə fasilələri qanunla qorunur.

Bəs bizim ölkəmizdə necədir? Hamilə qadınlar hansı güzəştlərdən yararlana bilir?

Azərbaycanda hamilə qadınlara verilən güzəştlərin böyük əksəriyyəti yalnız iş və sosial sığorta sahəsini əhatə edir. Bu güzəştlər Azərbaycan  Respublikasının Əmək Məcəlləsi, "Sosial Sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu və "Əhalinin sağlamlığının Qorunması haqqında" qanunda qeyd olunub.

Əmək Məcəlləsinə əsasən Azərbaycanda hamilə qadına doğuşdan əvvəl 70 gün məzuniyyət verilir.

"Əhalinin Sağlamlığının Qorunması haqqında" qanunda isə bildirilir ki, işçi hamilədirsə, tibbi müayinələrə getmək üçün iş vaxtından azad olunma hüququna malikdir.

Qeyd edək ki, hamilə və 3 yaşadək uşağı olan qadınlar gecə növbəsinə, ezamiyyətə və bayram günlərində işə yalnız yazılı razılıqla və həkim rəyi ilə cəlb edilə bilər. Hamilə qadınlar üçün iş şəraiti yüngülləşdirilməlidir. Ancaq bu yüngülləşdirmə qarşılığında maaş azaldıla bilməz.

Həmçinin, gündəlik və həftəlik iş saatı azaldılır. Hamilələr və 1.5 yaşa qədər uşağı olan qadınlar üçün həftəlik maksimum 36 saatdır.

Hamilə qadınlara  işə qəbul zamanı sınaq müddəti tətbiq edilmir. Onların və ya 3 yaşadək uşağı olan qadınların işdən çıxarılması qadağandır.

Azərbaycanda hamilə və ya 3 yaşadək uşağı olan qadınlarla əmək müqaviləsi bağlamaqdan imtina etmək olmaz. Əgər imtina edilirsə, qadın yazılı əsas tələb edə və hüququnu məhkəmədə müdafiə edə bilər.

Əməkhaqqı məsələsinə gəldikdə isə, Azərbaycanda qadın analıq məzuniyyəti dövründə maaşının 100%-ni alır, amma bu ödəniş birbaşa işəgötürən tərəfindən deyil, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçirilir./bizim.media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 İyun 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri